Valyuta məzənnəsi

İcra başçısı müavini özünə 150 min dollara avtomobil aldı - İDDİA

Tarix:1-03-2020, 13:52




 İcra başçısı müavini özünə 150 min dollara avtomobil aldı - İDDİA
Yardımlı rayon İcra Hakimiyyətinin başçısı müavini özünə dəyəri 150 min dollar olan avtomobil alıb.
Xeberfakt.az xəbər verir ki, başçı müavini Mahir Mirzəyev aldığı 99 MM 999 dövlət nömrə nişanlı, bahalı avtomobil öz adınadır. 150 min dollar maşına verən başçı müavini, 50 min manat isə nömrəyə xərclədiyi bildirilir. Maşını M.Mirzəyev özü idarə edir. Qeyd edək ki, icra başçısı müavini Mahir Mirzəyevin vəzifə maaşı 600-800 manat arasında dəyişir. Xatırladaq ki. Mahir Mirzəyev, saxta MMC-lərdə, DOST iş layihəsi vasitəsi ilə hər ay 25-30 min manatdan çox büdcə vəsaitini mənimsənilməsində və digər qaranıq məqamlarda adı hallanan yerli məmurdur.Onun Yardımlıda və paytaxta çox sayda obyektləri, evləri və bir neçə malikanəsinin olduğu da bildirilir.

Oxunub: 396



XƏBƏR LENTİ