Valyuta məzənnəsi

Koranavirusa görə uçuşlar təxirə salındı - SİYAHI

Tarix:16-03-2020, 20:45

 Koranavirusa görə uçuşlar təxirə salındı - SİYAHI

YeniAN.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahının mətbuat xidmətindən verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində “Azərbaycan Hava Yolları” və əcnəbi aviaşirkətlər tərəfindən aşağıdakı istiqamətlər üzrə həyata keçirilən uçuşlar müvəqqəti olaraq dayandırılır:
- 16 mart tarixindən etibarən AZAL və Özbəkistan hava yolları vasitəsilə Bakı-Daşkənd-Bakı;
- 16 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Lvov-Bakı;
- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Dubay-Bakı;
- 17 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Kazan-Bakı, Bakı-Minvodı-Bakı, Bakı-Ufa-Bakı;
- 24 mart tarixindən etibarən AZAL vasitəsilə Bakı-Nyu-York-Bakı;
- 17 mart tarixindən etibarən Qatar hava yolları vasitəsilə Bakı-Doha-Bakı;
- 17 mart tarixindən etibarən Air Arabia, Ethiad, Fly Dubai vasitəsilə Abu-Dabi-Bakı-Abu-Dabi, Dubay-Bakı-Dubay, Şarja-Bakı-Şarja;
- 17 mart tarixindən etibarən S7 hava yolları vasitəsilə Novosibirsk-Bakı-Novosibirsk;
- 17 mart tarixindən etibarən UralAirlines vasitəsilə Yekaterinburq-Bakı-Yekaterinburq;
- 18 mart tarixindən etibarən İrAero hava yolları vasitəsilə Krasnoyarsk-Bakı-Krasnoyarsk;
- 17 mart tarixindən etibarən Utair hava yolları vasitəsilə Surqut-Bakı-Surqut.

Oxunub: 204



XƏBƏR LENTİ