Valyuta məzənnəsi

Koronavirusla bağlı Azərbaycanda cari vəziyyət - SON DƏQİQƏ

Tarix:22-03-2020, 22:04

Koronavirusla bağlı Azərbaycanda cari vəziyyət - SON DƏQİQƏ

YeniAN.info koronavirusinfo.az-a istinadən bildirir ki, 22 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında 12 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Hazırda aktiv koronavirus xəstələrinin sayı 54 nəfərdir. Bu günədək Azərbaycanda ümumi yoluxanların sayı 65 oldu; koronavirusdan 1 ölüm faktı qeydə alınıb.
Koronavirusa yoluxma faktı təsdiqlənmiş pasiyentlər xüsusi rejimli xəstəxanalara yerləşdirilir və onların davamlı müşahidəsi təmin edilir.

Koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma tendensiyasının davam etdiyini nəzərə alaraq, bir daha vətəndaşlarımızı diqqətli olmağa, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməyə, əhalinin sağlamlığının etibarlı qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarları və müəyyənləşdirdiyi qaydaları tam yerinə yetirmək önəmlidir.

YeniAN.info

Oxunub: 195



XƏBƏR LENTİ