Valyuta məzənnəsi

105 yeni koronavirusa yoluxma - AZƏRBAYCAN

Tarix:9-04-2020, 00:34

105 yeni koronavirusa yoluxma - AZƏRBAYCAN


Azərbaycan Respublikasında 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

YeniAN.info-nun Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi məlumata görə, eyni zamanda, koronavirus infeksiyasına yoluxub 19 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.



YeniAN.info



Oxunub: 229



XƏBƏR LENTİ