Valyuta məzənnəsi

Səbinə Əliyevanın ilk hesabatı: Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilməsi, pensiyaların hesablanması qaydasına dəyişiklik edilməsi-TƏKLİF OLUNUR

Tarix:18-04-2020, 22:15

Səbinə Əliyevanın ilk hesabatı: Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilməsi, pensiyaların hesablanması qaydasına dəyişiklik edilməsi-TƏKLİF OLUNUR

Uşağa bilavasitə qulluq edən ana uşağa qulluğa görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır.

YeniAN.info etikxeber.az-a istinadən xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman)- Səbinə Əliyevanın 2019-cu il üzrə illik hesabatı Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə illik hesabatında əksini tapıb.

Sənəddə qeyd edilib ki, Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericilikdə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüquqlarından tam, yaxud hissə-hissə istifadə edə bilər.

Ombudsman isə hesab edir ki, Uşağa bilavasitə qulluq edən ana uşağa qulluğa görə çevik məzuniyyət götürmək imkanına da malik olmalıdır. Uşağa qulluq edən ananın məzuniyyət müddətini seçmək və müəyyən edilmiş məbləğdə verilən müavinətin həddini həmin müddətə uyğunlaşdırmaq hüququ olmalıdır. Ana əvvəlcədən 3 illik məzuniyyət müddətinin əvəzinə öz istəyinə uyğun 1 illik müavinət götürmək istədikdə verilən müavinətin də məbləğinin ona uyğunlaşdırılması, yəni müavinətin məbləğinin məzuniyyətin azaldıldığı həddə qədər artırılması məqsədə uyğundur.

Ombudsman qeyd edilənləri nəzərə alınaraq, Əmək Məcəlləsinin 127 maddəsinə yeni redaksiyada üçüncü hissəsinin əlavə edilməsini təklif edib. Təklifdə qeyd edilib ki, uşağa qulluq edən ana yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə edərkən bu, birinci hissəsində göstərilən müddəti (3 il) daha az, lakin 6 aydan az olmayan müddətlə əvəz edə bilər.

Bu halda uşağa qulluq etməkdən ötrü qanunvericilikdə müəyyən edilmiş məbləğdə verilən müavinətin məbləği məzuniyyətin azaldıldığı müddətə mütənasib olaraq artırılır.

Eyni zamanda, hesabatda qeyd olunur ki, pensiyaların təyin edilməsi zamanı vətəndaşların sığorta stajı ilə yanaşı, 2006-cı ilə qədər olan əmək stajı da diqqətə alınmalıdır.

Sənəddə qeyd edilib ki, bir sıra vətəndaşlara təyin edilmiş əmək pensiyası məbləğinin əmək pensiyasının minimum məbləğindən aşağı olduğu halda 200 manata çatdırılmasına baxmayaraq, həmin müddəaların müvafiq dəyişikliyin qüvvəyə mindiyi günə kimi 200 manat və daha artıq məbləğdə pensiya alanlara şamil edilməməsi bu şəxslərin sosial təminat hüququnun pozulmasına səbəb olur.

Ona görə də Ombudsman hesab edir ki, Azərbaycan Respublikasının 2009-cu il 19 fevral tarixli qanunu qüvvəyə minənədək pensiya təyin edilmiş şəxslərin də pensiya məbləğlərinin əmək pensiyasının minimum məbləğinə mütənasib olaraq artırılması məqsədə müvafiqdir.

“Əmək pensiyaları haqqında qanunun 7-ci maddəsinə (yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri) əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Maddənin qeyd hissəsinə görə, 2017-ci il iyulun 1-dən başlayaraq bu maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi isə 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Lakin əmək pensiyasının minimum məbləğinin 2019-cu il 1 oktyabr tarixindən 200 manat müəyyən edildiyini nəzərə alsaq, işləyən şəxslərin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməyəcəyi narahatlıq doğurur. Odur ki, vətəndaşların yaşa görə əmək pensiyası hüququnun səmərəli tətbiqi məqsədi ilə müvafiq maddəyə dəyişiklərin edilməsi zəruridir” – deyə, hesabatda qeyd olunur.

Səbinə Əliyevanın ilk hesabatı: Uşaqlara 3 yaşa qədər qulluq edən analara yeni hüquq verilməsi, pensiyaların hesablanması qaydasına dəyişiklik edilməsi-TƏKLİF OLUNUR


YeniAN.info

Oxunub: 249



XƏBƏR LENTİ