Valyuta məzənnəsi

Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - VİDEO+FOTOSESSİYA

Tarix:26-07-2020, 22:06

Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - VİDEO+FOTOSESSİYA


Bu gün Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək məqsədilə aksiya keçirilib.

APA-nın Türkiyə bürosuna istinadən YeniAN.info xəbər verir ki, Kayserinin mərkəzindəki Cümhuriyyət meydanında "Turan" dərnəyinin təşkilatçılığı və 53 qeyri-hökumət təşkilatının iştirakı ilə keçirilən aksiyaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğız, Özbəkistan, Türkmənistan və Şimali Kipr vətəndaşları qatılıb.



“7 dövlət, bir millət, susma artıq üsyan et, bitsin artıq bu zillət!”, “Ya Qarabağ, ya ölüm!”, “Qansa qan, cansa can, səninləyik Azərbaycan!”, “Qarabağ Türk torpağıdır!” şüarları səsləndirilən aksiyada Kayseridəki Ərciyəz universitetinin müəllimləri, Kayseridəki azərbaycanlı ziyalılar, tələbələr çıxış ediblər.

Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - VİDEO+FOTOSESSİYA
Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - VİDEO+FOTOSESSİYA

Mitinq iştirakçılarına Azərbaycan tarixi torpaqları, Ermənistan təcavüzkarlığı haqqında məlumatlar verilib, 12 iyuldan Ermənistanln Azərbaycanın Tovuz rayonuna hücumları qınanıb, şəhidlər sayğıyla anılıb.

Mitinq şair Əhməd Cavadın sözlərinə Üzeyir Hacıbəyovun bəstələdiyi “Çırpınırdı Qara dəniz” mahnısının ifası ilə başa çatıb.

Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - VİDEO+FOTOSESSİYA
Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - VİDEO+FOTOSESSİYA
Türkiyənin Kayseri şəhərində Azərbaycana dəstək mitinqi keçirilib - VİDEO+FOTOSESSİYA

YeniAN.info

Oxunub: 274



XƏBƏR LENTİ