Valyuta məzənnəsi

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO

Tarix:9-08-2020, 22:32

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO

Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAN.info-ya bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin təlim ərazisində nümunəvi təlim uçuşları keçirilib.

“TurAZ Qartalı - 2020” təlimləri helikopterlərin iştirakı ilə davam edir - VİDEO



Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.

YeniAN.info

Oxunub: 216



XƏBƏR LENTİ