Valyuta məzənnəsi

Əbülfəz Elçibəy vəfatının 20-ci ildönümündə Ankarada anılıb - ANKARADA

Tarix:23-08-2020, 12:55

Əbülfəz Elçibəy vəfatının 20-ci ildönümündə Ankarada anılıb - ANKARADA



Türkiyənin paytaxtı Ankarada Azərbaycan Milli azadlıq hərəkatının lideri, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin vəfatının 20-ci ildönümü münsabətilə anım tədbiri keçirilib.
YeniAN.info xəbər verir ki, Ankaranın Ulus rayonunda qazi Mustafa Kamal Atatürkün heykəli önündə keçirilən anım tədbirində Əbülfəz Elçibəyin həyat fəaliyyəti, ideyaları, Azərbaycan və türk dünyası üçün əvəzedilməz xidmətləri haqqında Ankara sakinlərinə məlumat verilib.
Jurnalist Şeyda Nəsibli, istefada olan hərbçi, gazi Muhammed Kemaloğlu və istefada olan hərbçi Mustafa Köşkerin təşkilatçılığı ilə keçirilən proqramda qazi Mustafa Kamal Atatürk, silahdaşları, müstəqil Azərbaycanın ilk lideri Məhəmməd Əmin Rəsulzadə və digər dövlət xadimləri, Türkiyə və Azərbaycan uğrunda canını fəda edən şəhidlər ehtiramla yad edilib,.
Aksiyada Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Ankaralılar Əbülfəz Elçibəyin vəfatından bir neçə gün əvvəl türk gəncliyinə etdiyi xitabı dinləyib. Qeyd edək ki, Ankarada yaşayan Azərbaycanlıların da iştirak etdiyi tədbirə Əskişəhərdən Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın və İstanbuldakı Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin fəxri sədri Rəşid Mustafazadə də iştirak edib.
Onu da bildirək ki, Azərbaycan Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəy İstanbulda və dünyanın bir çox şəhərlərində də ehtiarmla yad edilib.



Əbülfəz Elçibəy vəfatının 20-ci ildönümündə Ankarada anılıb - ANKARADA
Əbülfəz Elçibəy vəfatının 20-ci ildönümündə Ankarada anılıb - ANKARADA

Əbülfəz Elçibəy vəfatının 20-ci ildönümündə Ankarada anılıb - ANKARADA
Əbülfəz Elçibəy vəfatının 20-ci ildönümündə Ankarada anılıb - ANKARADA




YeniAN.info
Oxunub: 361



XƏBƏR LENTİ