Valyuta məzənnəsi

Anadolu Agentliyinin çəkiliş qrupu son anda erməni topçularının hücumundan xilas olub

Tarix:27-09-2020, 13:38

Anadolu Agentliyinin çəkiliş qrupu son anda erməni topçularının hücumundan xilas olub

Anadolu agentliyinin və TRT kanalının çəkiliş qrupu son anda erməni topçularının hücumundan xilas olub.

YeniAN.info Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, Ermənistan ordusu Azərbaycana hücumları zamanı bölgədə xidmət edən Anadolu Agentliyinin çəkiliş qrupunu da hədəf alıb.

Agentliyin qrupu Ermənistanın Azərbaycanın mülki yaşayış məskənlərinə hücumlarını izləmək üçün səhər tezdən atəş xəttinə gəliblər.
Bu zaman Qapanlı kəndi yaxınlığında müxbirlərin çalışdığı ərazidə ilk olaraq havada iki pilotsuz uçuş aparatı görünüb.

Eyni zamanda, TRT komandası ilə birlikdə işləyən Anadolu Agentliyinin çəkiliş qrupunun hədəf alındığı nöqtə Ermənistan tərəfindən atəşə tutulub. Birdən çox top atışının baş verdiyi hücumda güllələr jurnalistlərə 100 metr məsafədə düşüb.
Özlərini nəqliyyat vasitəsinin arxasına atan jurnalistlər son anda hücumdan xilas oldular.

Topçu atışları davam edərkən Anadolu agentliyinin və TRT qrupları vasitəyə minərək sürətlə hadisə yerindən uzaqlaşdı.

Onu da bildirək ki, səhər saatlarında Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki yaşayış məntəqələrini atəşə tutub. Ermənistan-Azərbaycan cəbhə xəttində toqquşmalar davam edir.





YeniAN.info

Oxunub: 234



XƏBƏR LENTİ