Valyuta məzənnəsi

Müdafiə Nazirliyi Ermənistanı təkzib edir: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Tarix:27-09-2020, 11:53

Müdafiə Nazirliyi Ermənistanı təkzib edir: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Müdafiə Nazirliyindən YeniAN.info-ya verilən məlumata görə, rəsmi surətdə bəyan edirik ki, Azərbaycan Ordusu mülki əhalini, mülki obyektləri və mülki xarakterli infrastrukturları hədəfə almır. Azərbaycan işğalçı Ermənistandan fərqli olaraq hərbi əməliyyatlar zamanı Cenevrə konvensiyaları da daxil olmaqla beynəlxalq humanitar hüququn müddəalarının tələblərinə riayət edir.

Ermənistan ordusu özünün atəş nöqtələrini qəsdən mülki əhalinin yaşayış yerlərinin içərisində və yaxınlığında yerləşdirir.
Azərbaycan Ordusu işğal altında olan ərazilərdəki mülki əhalini hərbi obyektlərdən kənar durmağa çağırır.

Müdafiə Nazirliyi Ermənistanı təkzib edir: Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur

Müdafiə Nazirliyindən o da bildirilib ki, Ermənistan tərəfinin guya Azərbaycan Ordusuna məxsus 3 tank, 2 helikopter və 3 pilotsuz uçuş aparatının (PUA) vurulması barədə yaydığı məlumat yalandır və dezinformasiyadır.

Bildiririk ki, cəbhədə bölmələrimiz düşmən üzərində tam üstünlüyə malikdir.

YeniAN.info

Oxunub: 212



XƏBƏR LENTİ