Valyuta məzənnəsi

Azərbaycan Fövqəladə Hallar Nazirliyi Rusiya FHN-i Şuşa və Xankəndi göndərdiyi humanitar yardımı müşayiət edib

Tarix:22-11-2020, 21:39


 Azərbaycan Fövqəladə Hallar Nazirliyi  Rusiya FHN-i Şuşa və Xankəndi göndərdiyi humanitar yardımı müşayiət edib


Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən Rusiya Fövqəladə Hallar Nazirliyinin Azərbaycan Respublikasının Şuşa və Xankəndi şəhərlərinə göndərdiyi humanitar yardımın "Samur" sərhəd-keçid məntəqəsində qarşılanaraq müşayiəti təşkil olunub.

YeniAN.info-nun Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, 22 noyabr 2020-ci il tarixində Rusiya Federasiyası Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə göndərilmiş 27 yük avtomobilindən ibarət humanitar yardım karvanı "Samur" sərhəd-keçid məntəqəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən qarşılanaraq yolboyu müşayiəti təşkil olunub.

Tikinti materiallarından ibarət humanitar yardımın yarısının Şuşa şəhərinə, digər yarısının isə Xankəndi şəhərinə çatdırılması nəzərdə tutulur.

 Azərbaycan Fövqəladə Hallar Nazirliyi  Rusiya FHN-i Şuşa və Xankəndi göndərdiyi humanitar yardımı müşayiət edib
 Azərbaycan Fövqəladə Hallar Nazirliyi  Rusiya FHN-i Şuşa və Xankəndi göndərdiyi humanitar yardımı müşayiət edib



YeniAN.info

Oxunub: 170



XƏBƏR LENTİ