Valyuta məzənnəsi

FHN dənizdəki partlayışla bağlı məlumat yaydı

Tarix:29-10-2019, 19:30

FHN dənizdəki partlayışla bağlı məlumat yaydıFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata görə, Bakı şəhərinin Pirallahı rayonunda, dənizdə seysmik kəşfiyyat işlərində istifadə edilən partlayıcı maddəni təyinat nöqtəsinə aparan ekspedisiyanın qayığında baş vermiş partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

"obyektivinfo"nun nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerində Fövqəladə Hallar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən müvafiq işlər aparılır.

Əlavə məlumat veriləcək.

Oxunub: 277



XƏBƏR LENTİ