Valyuta məzənnəsi

Büdcə ikinci oxunuşda-DEPUTATLAR SABAH VƏ BİRİSİGÜN DƏ YIĞIŞACAQLAR, MÜZAKİRƏLƏR DAYANDIRILDI, DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNŞDA QƏBUL EDİLDİ – YENİLƏNİB – (3)

Tarix:28-12-2020, 15:15

Büdcə ikinci oxunuşda-DEPUTATLAR SABAH VƏ BİRİSİGÜN DƏ YIĞIŞACAQLAR, MÜZAKİRƏLƏR DAYANDIRILDI, DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNŞDA QƏBUL EDİLDİ – YENİLƏNİB – (3)


Bu gün saat 11:00-da Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək və iclasda yenə büdcə müzakirələri davam etdiriləcək.

YeniAN.info Etikxeber.az-ın məlumatına istinadən bildirir ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib.

İclasın gündəliyinə daxil edilən məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

2. “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

3. “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

4. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

5. “Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

6. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

7. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

9. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Büdcə ikinci oxunuşda-DEPUTATLAR SABAH VƏ BİRİSİGÜN DƏ YIĞIŞACAQLAR, MÜZAKİRƏLƏR DAYANDIRILDI, DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNŞDA QƏBUL EDİLDİ – YENİLƏNİB – (3)

10. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

11. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş)

12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş).

İclasa həmçinin, hökumət üzvləri qatılacaqlar.

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

10:59

***


İclası açan spiker S. Qafarova ikinci oxunuşda büdcə müzakirələrinə başlanıldığını deyib.

Qeyd edək ki, sabah və birisigün də MM-in iclasları olacaq.

11:02

***


Büdcə ikinci oxunuşda-DEPUTATLAR SABAH VƏ BİRİSİGÜN DƏ YIĞIŞACAQLAR, MÜZAKİRƏLƏR DAYANDIRILDI, DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNŞDA QƏBUL EDİLDİ – YENİLƏNİB – (3)

İkinci oxunuş barədə məlumat verən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili birinci oxunuş zamanı 36 millət vəkilinin çıxış etdiyini, təklif və irad bildirdiyini deyib.

“İşğaldan azad olunmuş ərazilərin bərpası üçün büdcədən 2,2 milyard manat vəsait ayrılmasını yaxşı qarşılayırıq. Deputat həmkarlarımız xaricdə və ölkədə yaşayan sahibkarların da öz vəsaitləri hesabına bu layihələrdə iştirak etməsi ilə bağlı təkliflər səsləndirib. Bu barədə suallar var”-deyən komitə sədri bildirib ki, bu istiqamətdə ayrıca fondun yaradılması yaxşı olardı:

“Burada təkcə dövlət büdcəsindən olan vəsaitlərin deyil, sahibkarlardan və digər şəxslərin də ianələri hesabına fondun gəlirləri arta və bu gəlirlər işğaldan azad olunmuş ərazilərin bərpasına yönələ bilər. Bu da işlərin daha sürətlə aparılmasına imkan verər”.

Spiker isə bildirib ki, bu məsələyə hökumət üzvləri öz münasibətini bildirəcək.

T. Mirkişilinin məlumatından sonra deputatların çıxışlarına başlanılıb.

11:11

***


Büdcə ikinci oxunuşda-DEPUTATLAR SABAH VƏ BİRİSİGÜN DƏ YIĞIŞACAQLAR, MÜZAKİRƏLƏR DAYANDIRILDI, DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNŞDA QƏBUL EDİLDİ – YENİLƏNİB – (3)


MM-in İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli İkinci Vətən Müharibəsindən sonra hərbçilərin müəyyən çətinliklərinin yarandığını bildirib.

Təklif edib ki, hərbçilərin maaşları artırılsın.

11:18

***


Büdcə ikinci oxunuşda-DEPUTATLAR SABAH VƏ BİRİSİGÜN DƏ YIĞIŞACAQLAR, MÜZAKİRƏLƏR DAYANDIRILDI, DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNŞDA QƏBUL EDİLDİ – YENİLƏNİB – (3)

MM-in İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı isə regionda xoşagəlməz proseslərin getdiyini bildirib və qeyd edib ki, indi bütün diqqət Qarabağın bərpası, əhalinin ora köcürülməsi məsələsinə yönəldilməlidir.

Bu baxımdan da, millət vəkili təklif edib ki, müzakirələr dayandırılsın və 2021-ci ilin dövlət büdcəsi səsə qoyularaq, ikinci oxunuşda qəbul edilsin.

S. Qafarova da öz növbəsində deputatın təklifini səsə qoyub və səsvermədən sonra büdcə müzakirələri ikinci oxunuşda dayandırılıb.

2021-ci ilin dövlət büdcəsi səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib.


YeniAN.info

Oxunub: 205



XƏBƏR LENTİ