Valyuta məzənnəsi

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Tarix:5-05-2021, 21:32

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

YeniAN.az-a Vəkillər Kollegiyasından verilən xəbərə görə, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, vəkillərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, tikinti-təmir işlərinin aparılması ilə əlaqəli görülən işlər barədə məlumat verib, bəzi məsələlər müzakirə edilib.

Rəyasət Heyətinin iclasında vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

O cümlədən, iclasda “COVID-19” virusuna yoluxmuş, xəstəlikdən əziyyət çəkən və Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

İclasda həmçinin Ramazan bayramı ərəfəsində humanizm prinsipi rəhbər tutularaq İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyəti dayandırılaraq vəkillər kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilmiş iddialardan imtina edilərək fəaliyyətlərinin bərpa olunmaları ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb və müvafiq qərarlar qəbul olunub.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib

YeniAN.az

Oxunub: 174



XƏBƏR LENTİ