Valyuta məzənnəsi

Metronun fəaliyyəti, rayonlar və şəhərlərarası sərnişindaşıma bərpa olunur-AÇIQ HAVADA MASKA TAXMAQ TƏLƏBİ ARADAN QALDIRILR, AZƏRBAYCANDA COVİD PASPORTU TƏTBİQ OLUNACAQ

Tarix:25-05-2021, 22:44

Metronun fəaliyyəti, rayonlar və şəhərlərarası sərnişindaşıma bərpa olunur-AÇIQ HAVADA MASKA TAXMAQ TƏLƏBİ ARADAN QALDIRILR, AZƏRBAYCANDA COVİD PASPORTU TƏTBİQ OLUNACAQ

Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.

[b]YeniAN.az
Etikxeber.az-ın xəbərinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.

***

Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunur.

Bu haqda Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.


***

Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Bu barədə də Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.

12:38


***

Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.

Şahmar Mövsümov bu barədə də məlumat verərək bildirib ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək:

“İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq”.

YeniAN.az

Oxunub: 133



XƏBƏR LENTİ