Valyuta məzənnəsi

“Efes-2022” çoxmillətli təlimi davam edir - VİDEO

Tarix:26-05-2022, 12:00

“Efes-2022” çoxmillətli təlimi davam edir - VİDEO

Türkiyə Respublikasının İzmir şəhərində keçirilən “Efes-2022” çoxmillətli təliminin növbəti mərhələsi üzrə tapşırıqlar icra edilib.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, təlimin növbəti günündə senariyə uyğun olaraq sahil xəttinin sualtı minalardan təmizlənməsi, şərti düşmən arxasına havadan sızma, onun sahildə yerləşən hərbi obyektinə basqın və aşkar olunan terrorçuların zərərsizləşdirilməsi tapşırıqları iştirakçılar tərəfindən müvəffəqiyyətlə yerinə yetirilib.

Qeyd edək ki, ölkəmizi beynəlxalq təlimdə Əlahiddə Ümumqoşun Ordunun və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edir.

“Efes-2022” çoxmillətli təlimi davam edir - VİDEO
“Efes-2022” çoxmillətli təlimi davam edir - VİDEO



YeniAN.az

Oxunub: 129



XƏBƏR LENTİ