Rusiya qoşunları PUA istehsal edən Ukrayna hərbi-sənaye kompleksi müəssisələrinin
sexlərinə qrup şəklində raket zərbəsi endiriblər.
YeniAN.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi
məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçiləri bu gün səhər saatlarında Ukraynanın hərbi sənaye
kompleksinin pilotsuz uçuş aparatları istehsal edən müəssisələrinə qrup şəklində
raket zərbəsi endirib. Zərbələrin məqsədlərinə çatdığı qeyd olunub.
Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin aerodromlarına və yanacaq anbarlarına da
raket zərbələri endirildiyi bildirilib.