Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına
"Yeni Azərbaycan naminə " qəzetinin və " YeniAN.az " saytının baş redaktoru Bağırov Ramazan Ruhulla oğlu tərəfindən
MÜRACİƏT.
Hörmətli Cənab Prezident!
Pandemiya ilə əlaqədar bir çox dövlətlərdə sərhədlər bağlanmışdır. Bu da təbii ki, vətəndaşların sağlamlığı ilə bağlı idi.
Lakin
son dövrlər xəstəliklərin azalması, pandemiyanın sona çatması müşahidə
olunur. Əksər dövlətlərdə pandemiya bitdiyinə görə, hava və quru
sərhədləri açılmaqdadır.
Lakin bizim dövlətdə hava sərhədləri açıq olsa da, quru sərhədləri hələ də bağlıdır.
Apardığımız
sosial araşdırmalara görə, vətəndaşların əksəriyyəti quru
sərhədlərinin bağlı olmasından narazıdırlar. Və dövlətin əleyhinə olan
bəzi şəxslər, narazı qalan insanlardan bir elektorat kimi istifadə
edirlər.
Bu da təbii ki, oktyabr, noyabr aylarında baş verəcək xaosdan və mitinqlərdən xəbər verir.
Beşinci kalon olanlar bu prizmadan vətəndaşlara siyasi-psixoloji təsir göstərirlər.
Və
hətta beşinci kalon üzvləri Con Lokun nəzəriyyələrinə istinad edərək
vətəndaşları dövlətə qarşı qoymağa , bu nəzəriyyənin incəliklərindən
istifadə edirlər.
Söhbət təbii hüquq və ictimai müqavilə nəzəriyyəsindən gedir!
Baş verə biləcək xaosun qarşısını almaqdan ötrü, tədbirlər görülməlidir və o cümlədən quru sərhədləri tezliklə açılmalıdır.
Sərhədlərin açılması vətəndaş məmnunluğuna, vətəndaş rifahının göstəricisi kimi qiymətləndirilə bilər.
Apardığımız sorğu nəticəsində quru sərhədlərinin açıq olmaması ilə bağlı narazılıqlar 90% təşkil edir.
Sərhədlərin
bağlı olması ilə əlaqədar narazı olan vətəndaşlar xəstələrini, tələbə
olan övladlarını və istirahət üçün xaricə gedə bilməmələrini sorğu
vaxtı dilə gətirdilər.
Onu
da qeyd edim ki, 2 il ərzində pandemiya vaxtı çölə çıxa bilməyən
vətəndaşların, quru sərhədlərinin açılmaması onların hiddətinə və
qəzəbinə səbəb olur. Sorğu vaxtı insanların bu mövzuya qəzəbli münasibət
göstərdiklərini müşahidə etdik.
Hörmətli Cənab Prezident!
Dövlətimizin qüdrətlənməsində Sizin apardığınız daxili və xarici siyasət misilsizdir.
Bu təbii ki, bizim kimi Politoloqların və jurnalistlərin gözü önündədir.
Dövlətimizə qarşı hər hansı bir xaosun reallaşdırılması yol verilməzdir.
Əlavə olaraq bildirim ki, Siz daim xalqımızın yanındasınız.
Xahiş
edirəm ki, quru sərhədlərinin açılması və gələcəkdə baş verə biləcək
xaosun qarşısının alınması üçün müvafiq addımlar atasınız.
Ramazan Bağırov
Oxunub: 282