Valyuta məzənnəsi

Azərbaycan Rusiyaya nota verdi

Tarix:24-10-2022, 20:33

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Azərbaycanın səfirliyi Rusiya Xarici İşlər Nazirliyinə 2022-ci il oktyabrın 20-21-də Rusiyanın Birinci Kanalında yayımlanan "Böyük oyun” verilişinin efirində rusiyalı politoloqlar və erməni əsilli ekspertlər tərəfindən səsləndirilmiş açıq-aşkar anti-Azərbaycan çıxışları, Azərbaycan Respublikasının ərazi bütövlüyünün şübhə altına alınması və dövlət xəritəsinin təhrif edilməsi ilə əlaqədar rəsmi sərt etiraz notası göndərib.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyindən məlumat verilib.

 

Notada xüsusi vurğulanıb ki, verilişin qonaqları öz çıxışları ilə Ermənistan cəmiyyətində revanşist qüvvələri keçmişdə qalan münaqişəni canlandırmağa təhrik edir və separatizmi açıq şəkildə dəstəkləməklə, iki xalq arasında düşmənçilik toxumu səpirlər.

Səfirlik Nazirliyin diqqətinə çatdırıb ki, dövlət telekanalında qərəzli bəyanatlardan istifadə edilməsi və aşkar siyasi təxribatlara yol verilməsi Rusiya Federasiyasının Prezidenti tərəfindən dəfələrlə səsləndirilmiş və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunduğu Rusiyanın rəsmi mövqeyinə zidd olmaqla yanaşı, həm də regionda uzunmüddətli sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan addımlara xələl gətirir.

Sənəddə qeyd olunub ki, regionda mövcud olan kövrək sülh şəraitində gərginliyə səbəb ola biləcək və vəziyyəti daha da gərginləşdirə biləcək təxribatların qarşısının alınmasında KİV nümayəndələrinin üzərinə xüsusi məsuliyyət düşür.

Həmçinin təəssüflə vurğulanıb ki, sözügedən tok-şounun aparıcısı və bu "tamaşa”nın birbaşa iştirakçılarından biri "Vahid Rusiya” fraksiyasının üzvü, Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədrinin birinci müavini Vyaçeslav Nikonovdur. Rusiyanın hakim partiyasının nümayəndələrinin bu cür davranışı Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və müttəfiqlik qarşılıqlı fəaliyyətinin ruhuna ziddir, eləcə də ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə zərər yetirir.

Səfirlik bir daha Rusiya tərəfinin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 22 fevral 2022-ci il tarixli müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin müvafiq müddəalarında strateji tərəfdaşlığa və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən və dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətdən çəkinməyə çağırış əks olunmaqla, separatizmə qarşı mübarizədə birgə səylər göstərilməsi nəzərdə tutulur.

Azərbaycan tərəfi Rusiyadan Rusiya KİV nümayəndələrinin təxribat xarakterli hərəkətlərinin dayandırılması və gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməyi tələb edib.


Oxunub: 50



XƏBƏR LENTİ
İranda səfirliyimizə qarşı terror aktının qarşısının alınmasında iştirak etmiş şəxslər təltif edildilər SƏRƏNCAM
Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Fuat Oktaya başsağlığı verib
Türkiyə səfiri Azərbaycana təşəkkür edib
Mehriban Əliyeva Türkiyə xalqına başsağlığı verib
Vətəndaşların 150 min manatını mənimsəyən şəxslər həbs olundular
XİN: Tehrandakı terror hadisəsinin xronologiyası ilə bağlı qeyri-dəqiq şərhlərə yer verilib
Ayxan Hacızadə: İran polisi bu terror aktının qarşısını almayıb
Azərbaycan XİN: "İran polisinin müdaxilə etməməsi terror aktının əvvəlcədən planlaşdırıldığını ehtimal etməyə əsas verir"
İsrail Türkiyəyə yardım göndərəcək
İlham Əliyevdən TAPŞIRIQ: Azərbaycandan Türkiyəyə ikinci yardım təyyarəsi yola düşəcək - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb .
Türkiyəyə ilk yardım təklifi Azərbaycandan gəldi
Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri varmı?
Türkiyədə zəlzələ bölgələrində təbii qaz verilişi dayandırıldı
İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana
Vətən üçün yaşanan ömür -Tural Hüseynov
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Sürücülərin nəzərinə: İcazə üçün 50 manatlıq rüsum tələb olunacaq