Valyuta məzənnəsi

İlham Əliyevdən TAPŞIRIQ: Azərbaycandan Türkiyəyə ikinci yardım təyyarəsi yola düşəcək - YENİLƏNİB

Tarix:6-02-2023, 16:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasında iştirak edəcək Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasedici qüvvələri yaxın saatlarda xüsusi təyyarə ilə Adana şəhəri hava limanına yola düşəcəklər.

YeniAN.az xəbər verir ki, həmçinin ilkin yardım məqsədilə çadırlar, yataq dəstləri, tibbi ləvazimatlar və digər zəruri vasitələri hadisə yerinə çatdıracaq ikinci təyyarə də hazırlanır və ən qısa zamanda onun göndərilməsi nəzərdə tutulur.

09:54

Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş verən zəlzələ barədə açıqlama verib.

FHN-dən Obyektivxeber.info-ın sorğusuna cavab olaraq bildirib ki, bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməsi üçün hazırlıq işlərinə başlanılıb.

Əlavə məlumat veriləcək.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyədə 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 76 nəfər həlak olub, 440 nəfər yaralanıb.

Oxunub: 146



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə