Valyuta məzənnəsi

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşüb

Tarix:31-07-2021, 07:00

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşüb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyə Respublikasına yola düşüb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanğın-xilasetmə qrupuna FHN-in 1 ədəd helikopteri, 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikaları, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxildir.

Qrupu fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev yola salıb, müvafiq tapşırıqlar verib.

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşüb
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti qrup Türkiyə Respublikasına yola düşüb

YeniAN.az

Oxunub: 91



XƏBƏR LENTİ