Valyuta məzənnəsi

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxarıblar

Tarix:19-02-2023, 15:04

Xilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxardılar – Yeni Çağ MediaXilasedicilərimiz Türkiyədə dağıntılar altından daha 3 nəfərin meyitini çıxarıblar.

Bu barədə "YeniAN.az"a FHN-dən bildirilib.

Bununla da meyiti çıxarılan insanların sayı 774-ə çatıb.

Qeyd edək ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiqi ilə davam etdirilir.

Oxunub: 78



XƏBƏR LENTİ