Valyuta məzənnəsi

Azərbaycan xilasediciləri Kahramanmaraş və Hatayda axtarış-xilasetmə əməliyyatını davam etdirir

Tarix:19-02-2023, 13:32

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Bu barədə YeniAN.az-a FHN-dən bildirilib.

FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 774 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.Azərbaycan xilasediciləri Kahramanmaraş və Hatayda axtarış-xilasetmə əməliyyatını davam etdirir

Oxunub: 87



XƏBƏR LENTİ