
9 iyun tarixində 193 nömrəli məktəbdə "Dünyaya açıan pəncərəmiz” adlı
etwinning hesabat tədbiri keçirildi. Tədbirdə etwinning səfirləri Aliyə
Ağayeva və İlahə Quliyeva iştirak etdilər. Məktəbin riyaziyyat və
informatika müəllimləri Günay Hüseynzadə və Lalə Talıbova 2022-2023-cü
tədris ili ərzində iştirakçı olduqları layihələr haqqında məlumat
verdilər.
Məktəbdə
şagirdlər 2022-2023-cü tədris ilində 5 beynəlxalq layihədə iştirak
ediblər. "Dramath” layihəsi çərçivəsində Ondokuz universitetinin
riyaziyyat müəllimi Esen Ersoy, qadın güləşçi Yasəmən Adar, Boğaziçi
universitetinin riyaziyyat müəllimi Eser Dilsöz, 30000 müəllim
içərisində ilk onluğa düşən müəllim Nurtən Akkuşla görüşüb, onların uğur
hekayələri dinləmiş, onların qazandıqları uğurlarla bağlı müzakirələrdə
iştirak etmişdir. Şagirdlər layihə müddətində gördükləri işlərdən,
ortaq məhsulların hazırlanmasından, iştirak etdikləri görüşlərdən
danışdılar.
Dinamik
həndəsə: "Riyaziyyatın günəşli dünyası” layihəsi çərçivəsində şagirdlər
simmetrik fiqurların xassələrindən istifadə etməklə geogebra alətində
müxtəlif karikaturlar hazırlamışdır. 3D modelləri hazırlayıb, sinif
otağında nümayiş etdirmişdir. Belə fəaliyyətlər şagirdlərdə fəza
təsəvvürlərinin inkişafına təsir göstərir.
"Coding Math Games” layihəsi çərçivəsində şagirdlər müxtəlif riyazi oyunlar hazırlamış və siniflərdə sınaqdan keçirtmişdir.
"Exploring İnternational Mathematics” layihəsi çərçivəsində şagirdlər
fərqli ölkələrdən olan şagirdlərlə birlikdə müxtəlif yarışlarda iştirak
etdilər. Hər ölkədən olan şagirdlər hazırladıqları tapşırıqları digər
ölkələrin şagirdlərinə təqdim etdi, nəticələr açıqlandı və təhlil
edildi.
"Math with love” layihəsi çərçivəsində şagirdlər müxtəlif oyunlar, təqdimatlar, əyani vasitələr hazırladı.
Hər
bir layihədə şagirdlər layihənin məzmununa uyğun ortaq məhsullar,
təqvim, layihələrin başlanğıc və son anketləri tərtib edildi. Layihələr
uğurla tamamlandı.
Tədbirdə
şagirdlər riyaziyyatın sehri adlı müxtəlif tapşırıqlar yerinə yetirdi,
fikir mübadiləsi aparıldı. Tədbirin sonunda məktəbin direktoru Nihal
Hacıyeva gələn tədris ili üçün məktəbdə hər fənnə uyğun şagirlər
arasından məktəbdaxili fəaliyyətə nəzarət və şagirdlərə dəstək üçün
etwinning səfirlərinin seçiləcəyini bildirdi, Tədbir iştirakçıları
təəssüratlarını bölüşdülər.
Oxunub: 149