Valyuta məzənnəsi

Mən Poladdan yazıram

Tarix:22-06-2023, 12:56

(Kitabdan ixtisarla)

 

Əziz anam, geri dönsəm bir sevin sən,

Şəhid olsam min sevin sən...

Əyir vucudumu üsyan hücumu,

Yumruq barmaqların deşir ovucumu.

Mən zülm içirəm səbr kasamdan,

Mən zəhər içirən səbr kasamdan.

Mən ölüm içirəm səbr kasamdan.

Göy qurşağı rəngli xatirələr

        Xatirə yazıram. Xatirə sözdən çox hissiyatla bağlıdı. Ona görə də bizə əziz olanları yada salanda təkcə onların ayrı-ayrı sözlərini yox, danışıqlarını, hərəkətlərini xatirlayırıq. Hətta bəzən illər uzunu davam edən söhbətlər də unudulur. Amma o söz-söhbətlərin ümumi məzmunu, oxşarı həmin vaxtlarda duyduğumuz hissiyatlarda qalır. Keçmişdə bizə əhəmiyyətsiz görsənən kiçik xatirələr onların yoxluğunda nə qədər şirin, nə qədər əziz görünür. Hər an ürəyimizdə közə dönmüş görüşlərin hissiyyatımıza hopmuş duyğularımız əlvan bir spektrini oyadır, gur burulğanını hərəkətə gətirir. Xatirələr, əziz xatirələr burulğanını. Əl dəyəndə gücünü, gözəlliyini itirən kəpənək qanadları kimi həzin xatirələr yazıya çevriləndə ürəyində yığılanların – niskilini, peşmançılığını, həyəcanını yazıya çevirə bilməmək qorxusu, qələmin acizliyi üst-üstə gələndə. Elə bilirsən bu xatirələr öz sehrini itirir. Çünki elə hislər var ki, ürəyimizdə yatan o duyğuları, ağrını, həyəcanı bütünlüklə ifadə edə bilməz. Mən bunu söyləməklə əlahəzrət Sözün qüdrətinə kölgə salmaq fikrində deyiləm, əsla, sadəcə mənim ürəyimdə bu an, bu dəm vətən – Qarabağ müharibəsi qəhrəmanlarının hər birinin müəyyən bir obrazı var. Bu obraz öncə onların şücaətlərindən aldığım təəssüratla, sonra şəxsiyyətin xırdalıqlarına vardıqca bu tanışlıqdan doğmalığın duyğularla cizgi-cizgi, rəng-rəng yaranmasıdı. Bəzisi tamamlanır, bəzisi yox, bəzisi hər gün qabağımdadı, bəzisi yoxdur. Hamısı daxilimizdən keçərək oradaca yığılaraq öz növbəsini gözləyir...

Lap əvvəldən...

        Polad Həşimov – Deyəndə ümidvaram ki, onu xatırlayarkən gözümüzün önünə başını azca yana əyərək qəlbinin aynası olan simasında sifətini halələmiş təmizlikdən, saflıqdan xəbər verən peyğəmbər təbəssümü... Onu elə bu cür də əzizləyirlər:

 

Əsarətdən qurtulmağın kodu; yazımızın qəhrəmanı Polad, tarixi qəhrəmanların ruh əkizi Polad Həşimov.

Əsarətdən qurtulmağın kodunu onlar tapmışdı – azadlığa könül verərək, bu azadlıq sevdasından dönməz olanlar! Azadlığın nə olduğunu onun uğrunda ölməyə hazır olanlar bilir, kodun açması bu qədər bəsit, bu qədər sadə... Napoleonun xilası şahmat fiqurundakı altlığına fikir versəydi burub atsaydı qaçış planından xəbər tutardı, bir daha yenidən xilas olardı! Amma bu dəfə alınmadı, hətta Napoleon da sonacan dirənmədi, inad etmədi. Azad olmaq üçün o kodu tapmadı. Əsarətdən qurtulmağın kodunu tapmaq lazımdı. Azadlığın kodu isə çox sadə idi, arzulamaq, istəmək, azadlıq üçün ölümü gözə almaq. Polad Həşimov bu kodu çox-çox əvvəldən tapmışdı. Vətən üçün yaşamaq, vətən üçün ölmək, qeyrətini, təəssübünü çəkməli olduqlarına görə ömrünü, canını bu müqəddəs mücadiləyə, mübarizəyə həsr etməyin, ömründən ömür aparacağını bilə-bilə. Əslində biz hamımız eyni həyatda yaşayırıq. Hamımızı eyni sapın düyünləridi ilgəyə keçirən. Zaman və məkan içində fərqimiz alnımıza yazılanlardadı. Polad Həşimov həm də Azərbaycanın alnına yazılan böyük yazıdı. Bəlkə bu gün torpağın dili olsaydı Polada belə deyərdi: "Sən məkan və zaman içində mənim ünvanımsan – yaşam ünvanım. Sən mənim üçün təkcə övlad deyilsən, sən mənim üçün təkcə sevgi də deyilsən. Sən mənim üçün elə mənim özümsən, məndə səndən var, səndə məndən var. Səni göylərə əmanət eləmişəm, mənim İlahi qalibim!”.

Pozulmuş səhər və ya ölüm sevinməsin qoy!

Səhərimiz o gün belə açıldı. Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayon istiqamətində gedən hərbi əməliyyatlar zamanı şəhidliyə yüksələn yeganə və birinci generalı. 2020-ci il 14 iyul, saatın əqrəbləri səhər saatlarının üzərində; Tovuz rayonu istiqamətində baş verən döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin altısı zabit olmaqla yeddi hərbi qulluqçusu şəhid oldu. Və Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandir müavini, qərargah rəisi general Polad İsrayıl oğlu Həşimov qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Həmin gün Müdafiə Nazirinin müavini general-leytenant Kərim Vəliyev kövrək və təəssüf intonasiya ilə "Bu gün generalımız Polad Həşimov şəhid oldu”... Bu səsdə o gün hər şey var idi. Ağır, çətin, hərbi praktika görmüş və bu çətinliklərdə bərkimiş bir şəxsiyyətin dilindən bu itkinin, bu hüzünün ağırlığını onun – Kərim Vəliyevin necə yaşadığının fərqinə vardıq. Azərbaycan, bütün Türk dünyası Polad adlı bu itkinin fərqinə varmışdı. O, Polad Həşimov kimi şücaətli, qəhrəman, ləyaqətli, peşəkar, savadlı, etibarlı övladını itirmişdi. Polad Həşimov kimi insanlar bu dünyaya fenomenə - nümunəyə çevrilmək üçün gəlirlər. Az yaşasalar da yüz tarixə bərabər ömrü təcəssüm etdirirlər yaşam fəlsəfələri ilə...

        O, sadə, halal zəhmətlə yaşayan bir ailənin övladı idi. Polad unikal yaddaşa, dəqiq elmlərə olan bacarığa malik idi. Tanrı öz seçdiklərini öz lütfü, öz mükafatları ilə dəyərləndirir. Polad da o seçilənlərdən, seçilmişlərdən biri idi. Əla oxuyurdu, anası Səmayə xanım onu hüquqşunas görmək istəyirdi. O, isə öz yolunu belə seçdi. Çətin və şərəfli, keşməkeşli, ləyaqətli, əsl kişinin gedəcəyi çətin yolu. Polad bu vətənin övladı idi. Tarix dərsliyindən oxuduqları vətənində gedən, gördüyü, şahidi olduğu canlı tarix, tökülən nahaq qanlar, ədalətsiz qərarlar, dağılan evlər, dağılan talelər, yarımçıq ömürlər, əsarətdə inləyən ərazilər, qaçqınlar, köçkünlər onun idi, bu xalq da onun idi, bu torpaqlar da onun idi. Polad kimi oğullara borcluyuq. Biz ədalət, qeyrət, qələbə, namus tənətənəmizi! Vətən-qeyrət, vətən-azadlıq, vətən-ləyaqət, vətən-namus. Ya azadlıq, ya ölüm deyən oğullara borcluyuq bu gün. Qeyrət və qisas kimi bəşəri Tanrıları həyatları əsas meyarı edərək, "qələbə belə olar”. Can-qan və qorxmazlıq bahasına bu eşqi, bu qürrəni bizə yaşadanlara borcluyuq. Polad belə böyüdü, bu itkiləri içdən duya-duya. O, böyüdükcə içindəki vətən təəssüfkeşliyi, vətən sevdası ilə yanaşı qisas, mübarizə hissi də kök atdı. Məktəbdə hərbi müəllimi, Həmid müəllimin söylədiyi "indi kişi istərəm gedə bu vətəni qoruya” ifadəsi içində olan qığılcımı alovlandırmağa bəs etdi. Artıq o qərarını vermişdi, hərbiçi olacaqdı. 1992-ci ildə Qarabağ uğrunda gedən qeyri-bərabər döyüşlər, verilən itkilər onu bu qərarın üzərində möhkəm dayanmağa vadar etdi. Orta məktəbi bitirən kimi sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə təqdim etdi və bu məktəbin tələbəsi oldu. Poladın yüksək savad və istedadı respublikanın istənilən ali məktəbində tələbə adını qazanmağa ona imkan verirdi. O, isə məqsədinin ardınca getdi. Müəllimlərinin qeyd etdiyi kimi o dəqiq elmlərinin arxasınca getsəydi bəlkə də Azərbaycanın ikinci Lütfi-zadəsi olacaqdı. Çünki, o Polad idi. Hər əməlində unikal olan Polad Həşimov, mənim fəxri Sumqayıtlım. Mənim qəhrəman generalım, mənim yuxa ürəkli, səxavətli, böyük qəlbli soydaşım, vətən-xalq sevdalı qardaşım Polad Həşimov! Dünya nemətlərində gözü olmayan, böyük qəlbi ilə yaşayan, ruhunu, şəfəqini Allahdan alıb insanlara səxavətlə paylayan səxavət mücəssəməsi, insanlıq nümunəsi. Bəli, bu gün sözlər də onun layiq olduğu qiyməti ona vermək üçün çox tələsir. Sözlər təngənəfəs, qələm çatdıra bilmir. Sözlərin həyacanını, sevgisini isharını. Bu bir vətən sevdalısının sadə həyat, lakin böyük həyat yaşayan bir kişinin çoxlarına (vəzifə, taxt-tac, var-dövlət üçün çarpışan əsas meyarları yaddan çıxarnalara) örnək olacağı, tarixin sabahına örnək olan bir kişinin ləyaqətdən, etibardan, bəşəri sevgilərdən (vətən, torpaq, xalq, millət) yorğulmuş həyatından danışmaq üçün tələsir sözlər. Polad bu dünyada mövcud olduğu dönəmədək, 2020-ci il iyul ayının 15-dən sonra da bu tarix bu vətən üçün böyük nümunə olaraq qalır və qalacaq. Səngəri yataq yeri, şineli yorğan edərək heç kimə minnət qoymadan seçdiyi yolu öz kişiliyinin tələbi ilə gedən vətən mücahidi. Biz hamıdan Polad kimi ol, Polad kimi yaşa, tələbini edə bilmərik. Polad olmaq üçün Polad kimi doğulmaq, yaşamaq, sevmək və şəhadəti seçmək gərəkdir.

        Polad Ali Hərbi Məktəbdə oxuyarkən əxs etdiyi biliklərdən ona məlum olurdu ki, qələbə naminə alınan bilikləri zaman və məkana uyğunlaşdırmaq nəzəriyyə ilə praktikanı balanslaşdırmaq gərəkdir. Zabit olmaq, hərbi forma daşımaq onun üçün həyatda ən müqəddəs vəzifələrdən biri idi. O, belə yaşayırdı. Ali Hərbi Məktəbdə şərəf andı içdiyi günü həmişə xatırlayırdı. Hərbiçilər sırasına qatılmışdır, bu onun ən böyük sevinci idi. O, özünə söz vermişdi, Azərbaycan ordusunun ən layiqli zabiti olacaq. Buna görə də öz üzərində çox işləyirdi. O, dərk edirdi ki, hərb sənətinin əsasını təkcə praktika deyil, nəzəriyyə ilə praktikanın vəhdəti təşkil edir. Hərbi uğurlar üçün əsas elə budur. 2020-ci ildən sonra hamı övladını Polad kimi görmək arzusu ilə yaşayacaqdı. Uşaqlara Polad adı qoyulacaqdı. Əzizləri, yaxınları, dostları, yoldaşları, əsgərləri, həmkarları "Polad bu yerdə belə edərdi” deyəcəkdi, vətənin qəhrəman oğulları 44 günlük ölüm-dirim mübarizəsində "Polad üçün” deyərək döyüşə atılacaqdılar. Polad adına layiq olmaq üçün yaşayacaqdılar.

        Polad nümunə olmağı bacardı, hərbi meydanlarda əziyyət çəkə-çəkə, bu əziyyətin yükünü, məsuliyyətini çiyinlərində daşıya-daşıya Polad olaraq bərkidi. Bizim Poladımızın alın yazısı idi. Adına layiq döyülə-döyülə bərkimək. Qəlbi əməlləri, əməlləri qəlbi kimi Böyük Poladımızın. Generalımızın hər məziyyəti, xarakter cizgiləri haqda ayrı-ayrı sevgi, məhəbbətlə çox-çox danışmaq olar və insan bundan nə yorulur, nə usanır. Sağlığında xoşlamazdı onun haqqında tərifli sözlər söyləməyi. Təvazükarlıq ali missiya insanlarının əsas və qabarıq cəhətlərindən biridir. Polad Həşimov sadəliyi ilə qəlblərin sevimlisi idi. Həssaslığı, səxavəti, diqqəti, qayğıkeş olması ilə qəlblərdə öz taxtını çoxdan qurmuşdu. O, hər kəsin etibarlı adamı idi. Əsgərlərinin etibarlı, qayğıkeş, "mənəvi atası”, ətrafın-onun tanıyanların etibarlı insanı, vətənin, torpağın etibarlı Oğlu. Polad Həşimovun insani xüsusiyyətləri o qədər çox, o qədər qəlb oxşayandır ki! Onun qəlbi, ruhu təmiz idi. O, başqa cür ola bilməzdi. O, dünyanın seçilmişlərindən biri idi ali missiya insanı...

        Polad Həşimov bir zabit olaraq bu yolda öz töhfələrini verməyə başladı. Azərbaycanın qəhrəmanlıq tarixinə, ləyaqət, şərəf andı içən bir hərbçinin gedəcəyi yol. Polad bu yola necə məğrur, cəsarətli addımlarla başladısa sonda bu şərəf qəhrəmanlıq tarixinin təntənəli nidasını eləcə şəhadəti ilə qoydu. O, tabeçiliyində olan hər bir əsgərin Azərbaycanı canı qədər sevməyə, əqidəli, qətiyyətli olmağa ruhlandırırdı. Dildə deyil, əməlində nümunə idi hər kəsə Polad Həşimov. Əlinə bel götürüb səngər qazmaqdan, səngərdə gecələməkdən, ən çətin məqamlarda öndə olmaqdan, düşmənin gülləsinə sinəsini sipər etməkdən belə çəkinməyəcək qədər böyük nümunə. O, əsgərləri vicdanlı olmağa öyrətdi. Çünki, bunu ilk olaraq özü edirdi. Hərbi hissənin döyüş bayrağını göz-bəbəyi kimi qorumaq hər bir əsgərin borcudur söyləyirdi. O, həm tələbkar idi, həm qayğıkeş, diqqətli. Vətəni təmənnasız ali eşqlə sevənlərdə görürük bu şərtsiz sevgini. Polad da belə idi, vətən aşiqi. Vətəni sevdiyi üçün onun insalarını beləcə, Polad qəlbi ilə sevirdi. Polad Həşimov kimilər anadan qəlbi azad, bütün buxovlardan azad olaraq doğulur. Bu qəlbə nə nəfs, nə tamah, nə dünya malı, nə təkəbbür, nə zalımlıq hakim kəsilə bilməz, Polad belə idi. Onun idealı xırda kiçik məişət arzularını bu istəkləri sel kimi silib keşmişdi. O, bəşər qanunlarına, İlahi qanunlara tabe bir şəxsiyyət idi, kamil və böyük:

 

Vətən yola salır şəhid Poladı,

Üçrəngli bayrağa bürünüb gedir,

Onun qazandığı şəhidlik adı,

Ən ali rütbədən uca rütbədir,

Torpaq qucaqlayır ər şəhidləri,

Bu vətən bölünməz, şəhidlər ölməz,

Yurdunun, xalqının ər igidləri,

Sınar polad kimi, ancaq əyilməz...

 

Davamı var...

 

Hürü Hacızadə                                            Fərid Faiqoğıu

"Yazıçı-publisist”                              AJB-nin üzvü

"Qızıl qələm” mükafatçısı

 

<!-- [if gte mso 9]> <!-- [if gte mso 9]> Normal 0 false false false RU X-NONE X-NONE <!-- [if gte mso 9]> <!-- [if gte mso 10]> /* Style Definitions */ table.MsoNormalTable {mso-style-name:"Обычная таблица"; mso-tstyle-rowband-size:0; mso-tstyle-colband-size:0; mso-style-noshow:yes; mso-style-priority:99; mso-style-parent:""; mso-padding-alt:0cm 5.4pt 0cm 5.4pt; mso-para-margin-top:0cm; mso-para-margin-right:0cm; mso-para-margin-bottom:8.0pt; mso-para-margin-left:0cm; line-height:107%; mso-pagination:widow-orphan; font-size:11.0pt; font-family:"Calibri","sans-serif"; mso-ascii-font-family:Calibri; mso-ascii-theme-font:minor-latin; mso-hansi-font-family:Calibri; mso-hansi-theme-font:minor-latin; mso-bidi-font-family:"Times New Roman"; mso-bidi-theme-font:minor-bidi; mso-fareast-language:EN-US;}
Oxunub: 48



XƏBƏR LENTİ