Zakir Fərəcovun 2015-ci il sentyabrın 2-də Sumqayıta icra başçısı təyin olunmasından sonra şəhərdə abadlıq işləri çərçivəsində xeyli iş görülüb. Lakin bu zahiri abadlığın arxasında qaranlıq proseslər gedir. Belə ki bu günə qədər abadlıq işlərini aparan şirkətlər və iş adamları büdcədən ayrılmış vəsaiti ala bilməyiblər. Məlumata görə icra başçısı borcların ödənilməsini Sumqayıt İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsinin müdiri Adil Xuradadatova həvalə etdiyini deyib. Elə həmin vaxtdan Xudadatovu tapmaq mümkün olmayıb.
Daha
doğrusu, sözügedən şəxs telefonla danışaraq, iş adamlarına deyib ki,
icra başçısı işləri ona tapşırsa da, pulu yoxdur. Pulu toplamaq üçün isə
işçilərini ərazilərə göndərib və onlar pul yığdıqdan sonra görüşəcək.
Maraqlıdır, dövlət başçısı Sumqayıtda abadlıq və yenidənqurma işlərinə
50 milyon manat pul ayrıb. Həmin pulun hara və nəyə xərcləndiyi məlum
deyil. Daha doğrusu, görülən işlərdən yalnız 4 milyon manatı
sahibkarlara verilib. Yerdə qalanın aqibəti bəlli deyil. İllərlə Adil
Xudadatov vasitəsilə iş adamlarını aldadan icra başçısı indi də digər
müavini-Gündüz Aydın oğlu Əliyevi dövriyyəyə salıb. Maraqlıdır ki,
Z.Fərəcov ən yaxın keçmişi "MTN-ə xərac verən mebelçi” kimi tanınan
Gündüz Əliyevin parlamasına hər zaman xüsusi diqqət ayırıb.
Bununla
bağlı bildirir ki, başçı müavini qısa zamanda parlayıb, lakin onun hansı
uğurlara imza atdığını söyləmək çətindir. Sadəcə, indiki vəzifəsindən
əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı
İstehsalat Birliyinin rəis əvəzi çalışıb. Mətbuatda yazılanlara görə,
həmin dönəmdə böyük korrupsiyaya imza atması ilə yadda qalıb. Eyni
zamanda Gündüz Əliyevin məhz Sumqayıtda bulvarın tikintisi üçün ayrıla
3,7 milyon manatla icra başçısı Zakir Fərəcov oğlunun adına restoran da
tikdirdiyi də yayılan məlumatlar arasındadır.
Mediada bildirilir ki,
G.Əliyev Z.Fərəcova Nizami parkı ərazisindəki tikinti ilə bağlı sənədə
də imza atdıra bilib və məlum olub ki, başçı müavini başqasının adına
özünə obyekt inşa etdirib. Bundan başqa, G.Əliyevin Sumqayıtda bir neçə
obyektə sahib olması haqda da məlumatlar var. Bu obyektlər arasında
şəhər bulvarındakı "Gənclik City” mərkəzi ən öndə gedənidir.
İddialara
görə, G.Əliyev Fərəcov komandasında yer almamışdan öncə Sumqayıtda
imkanlı iş adamlarından biri kimi tanınıb. 2002-ci ildən Sumqayıtda
özünə məxsus bağ sahəsində mebel sexi açaraq sahibkarlıq fəaliyyəti ilə
məşğul olub. Onun sexi sonralar tenderlərdə qalib gəlmiş podratçı
şirkətlərin sifarişi ilə subpodrat işləri də həyata keçirib. Onun maddi
imkanları o zamankı "MTN çetesi”nin də diqqətini çəkib və 2014-cü ilin
sonlarında Sumqayıt şəhərinin Heydər Əliyev prospektində yerləşən «Buta»
kafesində keçirilən "əməliyyat” zamanı G.Əliyevə çatmalı olan 161 min
manat pul ələ keçirilib. Bu gün isə G.Əliyev icra başçısına başqa bir
xidmət göstərməklə mövqelərini möhkəmləndirmək niyyətindədir. Belə ki,
cumhuriyyet.az-a daxil olan məlumata görə Gündüz Əliyevin vasitəçiliyi
ilə guya borcların tam ödənilməsi haqda yalan sənəd hazırlanıb və bu
sənəd yuxarı instansiyalara göndərilib. Amma hələ də haqqını ala
bilməyən sahibkarlar və 200-dək fəhlə bu faktı təkzib edərək dövlət
qurumlarına teleqram vurur. Faktik olaraq Gündüz Əliyevin əməli icra
başçısını qorumaq xatirinə prezidenti aldatmaqdır.
Bu arada Sumqayıt
şəhər İcra Hakimiyyətində icra başçısı Zakir Fərəcovla ərazi-idarəetmə
şöbəsinin müdiri Gündüz Əliyev arasında ciddi narazılıq yaranıb. Buna
səbəb başçının planının baş tutmaması, şöbə müdirinin isə istəyinə
çatmamasıdır. Belə ki, ötən həftə Sumqayıt İcra Hakimiyyəti başçısının
müavinlərindən birinin yerinə təyinat olub. Fərəcovun israrlı
xahişlərinə baxmayaraq, Prezident Administrasiyası başqa birini həmin
posta təyin edib. Fərid Ələkbərovun təyinatı ötən həftə verilsə də, hələ
də işə çıxmayıb. İddialara görə, Fərəcov yeni müavinini kollektivə
təqdim etməməsi səbəbindən yeni müavin kabinetini hələ görməyib. Lakin
baş verən qalmaqal və narazılıq təkcə bununla bitmir. Etibarlı mənbə
bildirir ki, hazırda İcra Hakimiyyətində əsas narazılıq Gündüz Əliyevlə
Zakir Fərəcov arasında yaşanır. Həmin məlumata görə, bir ildir müavin
səlahiyyətlərini icra edən, habelə həmin posta gətiriləcəyinə əmin olan
Gündüz Əliyev, tam əks vəziyyətlə üzləşib. Mənbə deyir ki, Zakir Fərəcov
Gündüz Əliyevi tam əmin edibmiş ki, müavin postuna gətiriləcək: "Bu
barədə vədlərdən biri də o olub ki, Fərəcov yuxarı instansiyalarla
razılaşdırdığını da deyib. Üstəlik bildirib ki, Sumqayıtın yeni icra
başçısı da məhz Gündüz Əliyev olacaq. İndi icra başçısı məsələsi bir
kənara, G. Əliyev heç müavin də ola bilməyib”.
İddialara görə,
müavinliyə yeni təyinatdan xəbər tutan G. Əliyev icra hakimiyyətinə
gələrək, Zakir Fərəcovla görüşüb. Yenə həmin iddialara görə, Əliyev,
Fərəcovla çox ağır tonda danışıb və məsələni belə qoymayacağını
bildirib: "İş o həddə çatıb ki, Gündüz Əliyev hirsini cilovlaya bilməyib
və icra başçısını ağır formada ittiham edib”.
Maraqlı məqamlardan
biri odur ki, Sumqayıtda bir çoxları bu hadisəni "Fərəcovun zümrüd
əməliyyatı baş tutmadı” kimi təqdim edirlər. Zümrüdün məsələyə nə kimi
aidiyyatı olmasını deyə bilməsək də, G. Əliyevin müavin postuna
gətirilməsi üçün yaxın adamlarından borc aldığına dair məlumatlar var.
Bəzi iddialara görə, söhbət 500 min manatdan gedir. Güman edilir ki, ya
G. Əliyev yaxınlarından və tabeçiliyində olanlardan müavin olmaq adı
altında pul toplayıb. Ya da Zakir Fərəcovla aralarında hansısa bir
sövdələşmə səbəbindən ortaya belə məlumatlar çıxıb. Hazırda G. Əliyevin
işə çıxmadığı deyilir. Bildirilir ki, o, Fərid Ələkbərovun təyinatından
sonra işə çıxmayacağını bildirib.