Valyuta məzənnəsi

İlham Əliyev sabiq deputatı təltif etdi

Tarix:19-07-2023, 18:48

Prezident İlham Əliyev Sudeif Bəşir oğlu İmamverdiyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Bununla bağlı President.az məlumat yayıb. 

Sərəncama əsasən, S.İmamverdiyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

Qeyd edək ki, S.İmamverdiyev Türk Ağsaqqalları Birliyinin sədri, sabiq deputat, AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professordur.

 

Bizimlə əlaqə saxlayın

Oxunub: 46



XƏBƏR LENTİ