Valyuta məzənnəsi

SÜDEYF İMAMVERDIYEV – 85

Tarix:2-07-2023, 11:43

Dövlətçilik dəyərləri, milli kimlik qayəsi, türkçüluk məslək-məfkurəsi, agsaqqal  düşüncəsi, gənclik şövq-təpəri, Turan sevdası işığında yola çıxmış Türk Ağsaqqalları Birliyinin sədri, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikasının əməkdar dövlət və elm xadimi,  tibb elmləri doktoru, professor, bütün mükafat və təltiflərinin fövqündə olan, bir üzü tunc, bir üzü ipək dünyanın təbəddülatlarından şərəflə keçib gələn, urvatlı, örnək olan bir həyat yolu adlamış, ziyalı kredosu xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğrulmuş  müdrik ağsaqqal Südeyf Bəşir oğlu İmamverdiyevi dünyaya ğöz açdığı gün, ömür təqviminin 85 illiyi mübasibətilə təbrik edir və özəl günün ovqatıyla süslənmiş, rəğbətdən  hörülmüş poetik çalarlı söz çələngimi dəyərli  Yubilyara  ehtiramla ünvanlayıram.  


"Əziz” sözü əzbər olub  dilində,
 Adın-sanın  əzizlənir elində,
 İdrak-zəkan   işıq saçır elmində,
Əzəlindən  üzü nurlu ağsaqqal!

Müəllimsən, həm alimsən, həkimsən,
El adamı - könüllərə  hakimsən,
Sevilənsən, seçilənsən - hər kimsən!
Əməliylə   sözü  dürlü ağsaqqal!  

Ömrün varsa bahar- payız  cilvəsi,
Nədən olsun axı yaşın zirvəsi...                                          
 Səksən beşdə   piranilik  həvəsi,
Hər fəsildə özü barlı ağsaqqal!   
         
✍️Tapdıq ƏLİBƏYLİ
Azərbaycan Yazıçılar Birliyinin,
TAİB-in İdarə Heyətinin üzvü
 
Oxunub: 27



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib