"Hər şeyin təzəsi, dostun köhnəsi” – deyib Atalar!
Bir az əvvəl DİN-i BŞBDYPİ-nin sabiq ictimai əlaqələr şöbəsinin rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədov zəng edərək, 22 iyul Milli Mətbuat günü münasibəti ilə bütün jurnalistləri, "qələm əhlini” peşə bayramları münasibəti ilə təbrik etdiyini bildirdi. Vaqif Əsədov işlədiyi dövrdə də jurnalistlərlə, media işçiləri ilə daim dostluq əlaqələrində olaraq, işlədiyi kollektivin başını uca edirdi. Sağ olun cənab polkovnik!
P.S. Qeyd edim ki, polis polkovniki Vaqif Əsədov təqaüddə olsa da, çox gümrah və işgüzardır. Maşallah!!!