Şamaxı rayonunda NAYORA tərəfindən
elan edilən "Beynəlxalq fəaliyyətlər ayı” çərçivəsində 45 gənclər
təşkilatının rəhbər və nümayəndəsinin iştirakı ilə 3 gün boyunca davam
edən "Gənclər Təşkilatları: dayanıqlı beynəlxalq əlaqələr və effektiv
təmsilçilik” layihəsi yekunlaşıb.
Proqrama
uyğun olaraq NAYORA-nın sədri Azər Əliyevin nitqi ilə açılış mərasimi
başlamış, iştirakçıların şəbəkələşməsi üçün komanda quruculuğu oyunları
ilə gün davam etmişdir.
Günün
ikinci yarısı Sağlam Düşüncə Gənclər Təşkilatının sədri Sevinc Qasımova
tərəfindən "Beynəlxalq tədbirlərin araşdırılması və uğurlu müraciət
prosesi” mövzusunda interaktiv təlim sessiyası keçirilmiş, iştirakçıları
maraqlandıran sualların cavablandırılması ilə proqram yekunlaşmışdır.
Layihənin
ikinci günü məhsuldar görüşlərlə yadda qalıb. Belə ki, AR Gənclər
Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbovun təqdimatında
"Gənclər Fondunun gənclər üçün yaratdığı beynəlxalq imkanlar” mövzusu
ikinci günün ilk müzakirə mövzusu olub. Daha sonra NAYORA katibliyi
tərəfindən Beynəlxalq təmsilçilikdə etik kodeks təqdim edilib. Həmçinin
NAYORA-nın Baş katibi Ramin Həbibzadə və Proqram meneceri Jalə
Həsənovanın moderatorluğu ilə "A-dan Z-yə beynəlxalq təmsilçilik”
vörkşopu keçirilib.
Günün
növbəti görüşü "BMT-də gənclər üçün yaradılan fürsətlər və informasiya
savadlılığının gənclərin inkişafında rolu” mövzusunda BMT-nin Azərbaycan
nümayəndəliyinin məlumatların idarə olunması üzrə məsul şəxsi Gülər
Fətəli ilə keçirilib. Daha sonra isə Qoşulmama Hərəkatı Gənclər
Təşkilatının sədri Orduxan Qəhrəmanzadə və İslam Əməkdaşlıq Təşkilatının
Gənclər Forumun Avrasiya Regional Mərkəzinin Baş direktorunun icraçısı
Vüsal Qurbanov tərəfindən "Beynəlxalq təşkilat, qurumlarla düzgün
kommunikasiya kanallarının müəyyənləşdirilməsi və əlaqələrin qurulması”
mövzusunda sessiya baş tutub.
Qeyd
edək ki, layihənin sonuncu günü Vətəndaş Cəmiyyətində Debat İctimai
Birliyinin Proqram menceri Əli İsgəndərli və Milli Debat Proqramının
təlimçisi Tərlan Kərimov tərəfindən "Beynəlxalq təmsilçilik” debat
simulyasiyası keçirilib və bununla da layihə yekunlaşıb. Sonda
iştriakçılar sertifikatla təltif olunublar.
Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və NAYORA-nın təşkilatçılığı ilə keçirilib.