Valyuta məzənnəsi

Sumqayıtlı gənclər arasında sağlam həyat tərzinin təbliği davam etdirilir

Tarix:12-02-2019, 16:01

Sumqayıtlı gənclər arasında sağlam həyat tərzinin təbliği davam etdirilir
“Sağlam Düşüncə” Gənclər Təşkilatı Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlam yaşa” sağlam həyat tərzinin təbliği kampaniyası – 2” layihəsi çərçivəsində təlim təşkil edib.

Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi yeniyetmə və gənclər arasında sağlam həyat tərzini təbliğ etmək və innovativ metodika əsasında gənclərin bu prosesdə iştirakını stimullaşdırmaqdır.

Layihənin birinci günündə təlimçi Anar Məmmədov gənclərə qeyri-formal təhsil metodları haqqında məlumat verib. Sonrakı günlərdə isə təlimçi-ekspert Nabil Seyidov sağlam həyat tərzinin təbliği, sağlam qidalanma, zərərli vərdişlərin və qeyri-sağlam həyat tərzinin fəsadlarından danışıb.

“Sağlam yaşa” layihəsinin növbəti mərhələsində gənc təlimçilər əldə etdikləri bilik və bacarıqlar əsasında Sumqayıtda orta təhsil müəssisələrinin məktəbliləri üçün seminarlar keçəcəklər.

Layihənin sonuncu mərhələsində seminarlara cəlb edilmiş məktəblilər arasında natiqlik yarışları təşkil olunacaq.
Oxunub: 336



XƏBƏR LENTİ