Valyuta məzənnəsi

Azərbaycan Premyer Liqasında II tura start verilir - AFİŞA

Tarix:12-08-2023, 11:05

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.

Obyektivxeber.info xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında "Qəbələ” "Dalğa Arena”da "Araz-Naxçıvan”ın qonağı olacaq. Saat 18:00-da başlayacaq qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq.

Hazırda xalı olmayan komandalar 9-10-cu pillələrdə qərarlaşıblar.

Günün digər oyununda isə "Zirə” evdə "Kəpəz”lə qarşılaşacaq. Kamal Umudlunun idarə edəcəyi görüş saat 21:00-da start götürəcək.

İlk turdan sonra hərəyə üç xalı olan komandalar 4-5-ci yerləri bölüşdürürlər.

Azərbaycan Premyer Liqası

II tur

12 avqust (şənbə)

18:00. "Araz-Naxçıvan” - "Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Vüsal Məmmədov, Əli Əliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Cavid Cəlilov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Yavər Rəhimov

"Dalğa Arena”

21:00. "Zirə” - "Kəpəz”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Asiman Əzizli, Vüqar Həsənli

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Elman Musayev

Zirə İdman Kompleksinin stadionu, 21:00

Qeyd edək ki, turun "Qarabağ” - "Turan Tovuz” və "Sumqayıt” – "Sabah” görüşləri avqustun 13-də, "Neftçi” - "Səbail” matçı isə avqustun 14-də baş tutacaq.

Oxunub: 17



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib