Valyuta məzənnəsi

UEFA Avropa Liqasının ilk finalçısı-MÜƏYYƏNLƏŞƏCƏK

Tarix:16-08-2020, 20:28

UEFA Avropa Liqasının ilk finalçısı-MÜƏYYƏNLƏŞƏCƏK

Bu axşam UEFA Avropa Liqasında yarımfinal mərhələsinə start veriləcək.

YeniAN.info Etikxeber.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

İndiyədək turnirin ən çox (5 dəfə) qalibi olmuş İspaniyanın “Sevilya” klubu finala vəsiqə uğrunda İngiltərənin “Mançester Yunayted” klubu ilə qarşılaşacaq.

Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Matçı almaniyalı FIFA referisi Feliks Brix idarə edəcək.

Vacib oyun öncəsi hər iki komandada itkilər var. “Sevilya”da Sebastyan Korşya zədə səbəbindən, Nemanya Qudel isə koronavirusa yoluxduğu üçün matçı buraxacaqlar. “Qırmızı şeytanlar”ın heyətində isə Fil Cons, Lyuk Şou və Aksel Tuanzebe oynamayacaqlar.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyunu sabah İtaliya “İnter”i ilə Ukrayna “Şaxtyor”u arasında olacaq.

YeniAN.info

Oxunub: 289



XƏBƏR LENTİ