Valyuta məzənnəsi

Ərdoğan Liviyada baş vermiş təbii fəlakətlə əlaqədar paylaşım edib

Tarix:12-09-2023, 11:14

"Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin koordinasiyası ilə bu səhər Benqaziyə üç təyyarə reysi uçub”.

Bu sözləri özünün "X” sosial şəbəkə hesabında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

Türkiyə lideri qeyd edib ki, Ankara Liviyada baş vermiş təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün Benqaziyə 168 nəfərdən ibarət həyət, iki xilasedici qayığı, 170 çadır, 20 generator və digər zəruri yardım avadanlıqları göndərib.

R.T.Ərdoğan, həmçinin bildirib ki, AFAD-ın şəxsi heyətindən başqa Türkiyə Təhlükəsizlik Baş İdarəsinin və Jandarm Baş Komandanlığının əməkdaşları da Liviyaya ezam olunacaqlar.

 

Xatırladaq ki, sentyabrın 10-da "Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtına və ildırımlı leysan gətirib. Bir çox yaşayış evləri, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Ölkə rəhbərliyi 3 günlük milli matəm elan edib.

 

Oxunub: 7



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib