Valyuta məzənnəsi

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Tarix:17-09-2023, 10:57

Sentyabrın 17-i saat 00:20-dən 00:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, həmin gün saat 00:50-də isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, saat 00:55-dən 03:00-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Kəlbəcər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinə yaxınlaşmaq məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.

Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

 

Bizimlə əlaqə saxlayın


 
 
 
 
 
 
Oxunub: 6



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib