Valyuta məzənnəsi

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Tarix:13-08-2021, 15:34

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 12-si saat 21:26-da Gorus rayonunun Xəzinəvar yaşayış məntəqəsində yerləşən mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyindən YeniAN.az-a verilən məlumata görə, avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan Ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

YeniAN.az

Oxunub: 82



XƏBƏR LENTİ
Cəlilabadda yol qəzasında 4 nəfər xəsarət alıb - FOTO
Azərbaycan və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirir
Heydər Əliyev xanımı ilə Astronavtika Konqresində
1 milyon insan ETİRAZ ETDİ
Kadırov səhhəti barədə danışdı
Ermənistanda revanşist qüvvələr Azərbaycana qarşı fəaliyyətlərini davam etdirirlər - Deputat
Əlimizdə erməni yalanları ilə bağlı kifayət qədər sübutlar var - Spiker
Qənirə Paşayeva Milli Məclisdə yad edildi
Prezident: Azərbaycanın əsrlər boyu çoxmillətli, çoxdinli, çoxkonfessiyalı cəmiyyəti olub
Vətən müharibəsinin xronikası: - 2 OKTYABR
Azərbaycanda kosmik sahəni inkişaf etdirməyə davam edirik PREZİDENT İLHAM ƏLİYEV
Daşkənddə Özbəkistan-Azərbaycan səhiyyə dekadası başlayıb, səhiyyə forumu keçiriləcək
Hikmət Hacıyev: "Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirilmir"
Bu gün Milli Məclisin payız sessiyası başlayır
İlham Əliyev və Mehriban Əliyeva 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində iştirak edirlər
Baş prokuror: “Vaqif Xaçaturyan barəsində cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq Bakı Hərbi Məhkəməsinə göndərilib”
Britaniya sualtı qayığın tikintisi üçün dörd milyard funt sterlinq dəyərində müqavilə imzalayıb
Meksikada kilsə uçub, 9 nəfər ölüb, azı 40 nəfər yaralanıb
Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib