Valyuta məzənnəsi

Ərdoğan: “Bizə verilən vədlər yerinə yetirilmir”

Tarix:17-09-2023, 11:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, İsveç hələ də NATO-ya üzv olmaq üçün verdiyi vədləri yerinə yetirməyib.

"Qoy qanunlara və ya konstitusiyaya hər hansı düzəlişlər etsinlər. Amma İsveçdə qəbul olunmuş qanunları praktikada həyata keçirmək lazımdır. Əgər İsveçdə terrorçular polisin himayəsi altında aksiyalar təşkil etməyə davam edərlərsə, bu, hakimiyyət orqanlarının qanuna yeni dəyişikliklərə əməl etməməsi deməkdir. Bu o deməkdir ki, bizə verilən vədlər yerinə yetirilmir”, - dövlət başçısı Nyu-Yorka uçmazdan əvvəl İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

"Qərb bizə davamlı olaraq "İsveç, İsveç, İsveç” deyərək təkrarlayır. Biz cavab veririk ki, parlamentimiz müvafiq qərar qəbul edənə qədər "hə” və ya "yox” deyə bilmərik. İlk növbədə, İsveç üzərinə düşən vəzifəni yerinə yetirməlidir”, - Ərdoğan qeyd edib.

O, ABŞ Konqresinin Türkiyəyə F-16 qırıcılarının satılması perspektivini İsveçin NATO-ya üzvlüyü ilə əlaqələndirməyə meyilli olduğuna da toxunub.

"Deyirlər ki, Nümayəndələr Palatasının təsdiqi olmadan bu məsələ həll oluna bilməz. Onların orada Konqresi var, mənim də parlamentim var. Onun hansı qərarı verəcəyini təxmin edə bilmərəm”, - Türkiyə lideri vurğulayıb.

Mənbə: Anadolu

Oxunub: 95



XƏBƏR LENTİ
“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Əliyevlə Paşinyan nəyi müzakirə ediblər?
Fotonun içindəki foto...
4 yaşlı uşaq kirayə tutduqları villanın hovuzunda boğuldu
Məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə nazirdən - Münasibət
Nazir: "Sertifikasiya prosesi zamanı beş nəfər imtahana telefon keçirmək istəyib"
Erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir
Şəmkirdə müəlliməni məktəbdən qaçıran dəstə azadlığa buraxıldı
Əbu-Dabi görüşündə diqqətçəkən MƏQAM - Mustafayev və Qriqoryan da iştirak edirlər
Əbu-Dabidə İlham Əliyevin Nikol Paşinyanla görüşü başlayıb
Ötən gün 28 nəfər Almaniyadan Azərbaycana readmissiya olunub
Onkologiyada inqilab: Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Ceyhun Bayramov diplomatları peşə bayramı münasibətilə təbrik edib
Şəmkirdə 39 yaşlı kişi küçədə bıçaqlandı
Qvatemalada güclü zəlzələ: İki nəfər öldü, yüzlərlə yaralı var
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə