Valyuta məzənnəsi

Kəmaləddin Heydərov Vətən müharibəsi ilə əlaqədar psixoloji yardım keçirmiş mütəxəssisləri mükafatlandırıb - FOTO

Tarix:5-10-2023, 13:08

Kəmaləddin Heydərov Vətən müharibəsi ilə əlaqədar psixoloji yardım keçirmiş mütəxəssisləri mükafatlandırıb - FOTO
 
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən Vətən müharibəsi ilə bağlı psixoloji

problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin,
 
erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili
 
məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş psixoloqlar və FHN-in bir qrup psixoloqu
 
yüksək səviyyəli xidmətlərinə görə medal və fəxri fərmanlarla təltif ediliblər.

Bu barədə YeniAN.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

FHN-də keçirilən təltifetmə mərasimində iştirak edən nazir Kəmaləddin Heydərov göstərdikləri xidmətlərə görə türkiyəli və yerli psixoloqlara təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

 

Qeyd edilib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə qardaş ölkədən gəlmiş peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə 2021-ci ilin yanvar ayından ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib. Bu müddət ərzində respublikanın müxtəlif bölgələrində 4000 nəfərə yaxın vətəndaşa, o cümlədən 430-a qədər uşaq və yeniyetməyə ümumilikdə 9500 seans psixoloji yardım göstərilib.Kəmaləddin Heydərov Vətən müharibəsi ilə əlaqədar psixoloji yardım keçirmiş mütəxəssisləri mükafatlandırıb - FOTO Kəmaləddin Heydərov Vətən müharibəsi ilə əlaqədar psixoloji yardım keçirmiş mütəxəssisləri mükafatlandırıb - FOTO Kəmaləddin Heydərov Vətən müharibəsi ilə əlaqədar psixoloji yardım keçirmiş mütəxəssisləri mükafatlandırıb - FOTO

Oxunub: 85



XƏBƏR LENTİ