Valyuta məzənnəsi

Antiterror tədbirlərində yaralanan polis şəhid olub

Tarix:6-10-2023, 12:02

Qarabağda keçirilən lokal antiterror tədbirlərində ağır yaralanan Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının polis nəfəri Əzizbəy Etibar oğlu Muradov həlak olub.

YeniAN.az APA-ya istinadən xəbər verir ki, onun bu gün dünyasını dəyişdiyi bildirilir.

Xatırladaq ki, Əzizbəy musiqi təhsilli döyüşçü idi. O, 44 günlük müharibədə ermənilərin zəbt etmiş olduğu evlərdə pianoda və qarmonda gözəl ifaları ilə məşhurlaşmışdı.

Ə. Muradov "Cəbrayılın azad olunmasına” görə medalı ilə təltif edilmişdi.

Şəhidin dəfn mərasimi Sabirabad rayonunun Ulacalı kəndində olacaq.

Allah rəhmət eləsin!

Antiterror əməliyyatlarında yaralanan polis şəhid oldu - FOTO



Oxunub: 88



XƏBƏR LENTİ