Valyuta məzənnəsi

Ceyhun Bayramov Tacikistanın xarici işlər naziri ilə görüşüb

Tarix:9-10-2023, 20:44

Ceyhun Bayramov Tacikistanın xarici işlər naziri ilə görüşüb
 
9 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq
 
Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci İclasında iştirak məqsədilə Azərbaycanda
 
səfərdə olan Tacikistan Respublikasının xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşüb.

YeniAN.az   xəbər verir ki, görüş zamanı Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri, çoxtərəfli platformalarda əməkdaşlıq, habelə regional məsələlər müzakirə edilib.

 

Azərbaycan və Tacikistan arasında mövcud olan dostluq münasibətlərindən söz açan nazir Ceyhun Bayramov, bu münasibətlərin inkişafında qarşılıqlı səfərlərin rolunu xüsusilə vurğulayıb və ölkəmizin başçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünü məmnunluqla qeyd edib.

 

Azərbaycan və Tacikistan arasında geniş investisiya potensialının mövcud olduğunu bildirən nazir Ceyhun Bayramov, bu xüsusda ölkələrimiz arasında nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf potensialının olduğunu söyləyib. Bakı–Düşənbə birbaşa təyyarə reyslərinin bu, habelə turizm sahəsində ölkələr arasında əlaqələrin güclənməsində böyük rol oynadığı vurğulanıb.

 

Bölgədə mövcud vəziyyət barədə həmkarına məlumat verən nazir Ceyhun Bayramov, erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilmiş lokal anti-terror tədbirləri və bu tədbirləri şərtləndirən səbəblər barədə söz açıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb. Azərbaycanın yerli erməni sakinlərinin reinteqrasiyası səyləri barədə danışan nazir Ceyhun Bayramov, bu xüsusda Azərbaycan tərəfindən müvafiq tədbirlər görüldüyü qeyd olunub.

 

Tacikistan xarici işlər naziri Sirojiddin Muhriddin öz növbəsində Azərbaycan tərəfinə qonaqpərvər qarşılamaya görə minnətdarlığını bildirib və Azərbaycan–Tacikistan qardaşlıq əlaqələrinin həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə uğurla inkişaf etdiyini, iki ölkə arasında logistika, nəqliyyat, turizm və digər sahələrdə geniş əməkdaşlıq potensialının mövcud olduğunu diqqətə çatdırıb.

 

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.Ceyhun Bayramov Tacikistanın xarici işlər naziri ilə görüşübCeyhun Bayramov Tacikistanın xarici işlər naziri ilə görüşübCeyhun Bayramov Tacikistanın xarici işlər naziri ilə görüşüb

Oxunub: 40



XƏBƏR LENTİ