Valyuta məzənnəsi

Fransa polisi aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Tarix:10-10-2023, 09:17

Fransa polisi aksiyanı dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib

Fransa polisi Fələstinə dəstək üçün icazəsiz aksiyanı dağıdarkən gözyaşardıcı qazdan istifadə edib.

YeniAN.az  xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.

Lionda hökumətin elan etdiyi qadağaya baxmayaraq, təxminən 150 nəfər Fələstinə dəstək aksiyasına toplaşıb.

 

Etirazçılar Qabriel Peri meydanına toplaşıblar. Etirazçıları polis müşayiət edib. Polislə toqquşma nümayişçilər İsrailin əli ilə öldürülən fələstinlilər barədə danışmağa başlayandan sonra başlayıb.

 

Həmçinin Madrid və Londonda Fələstinə dəstək aksiyaları keçirilib. Parisdə bir neçə min insan İsraili dəstəkləməyə çıxıb və Eyfel qülləsi İsrail bayrağının rənglərində işıqlandırılıb.

Oxunub: 41



XƏBƏR LENTİ