Belarusun paytaxtı Minskdə polis etiraz aksiyaları zamanı saxlanılanların sayını açıqlayıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd ediblər ki, kütləvi tədbirlər haqqında qanunun pozulması çərçivəsində 200-dən çox adam nəzarətə alınıb.
Paytaxt polisi saxlanılanlarla bağlı qanun çərçivəsində araşdırmalara başlayıb.
“İcazəsiz aksiya iştirakçılarına dəfələrlə qanunsuz hərəkətlərin yolverilməzliyi barədə xəbərdarlıq edilib, bundan sonra aksiyanın ən fəal üzvləri saxlanılıb”, - deyə Minsk Şəhər İcraiyyə Komitəsinin Dövlət Daxili İşlər İdarəsinin mətbuat xidməti bildirib.
YeniAN.info