Valyuta məzənnəsi

Kamran Əliyev: Gəncənin raketlə vurulması cinayətini törədənlərin bəziləri artıq həbs olunub

Tarix:10-10-2023, 10:40

Kamran Əliyev: Gəncənin raketlə vurulması cinayətini törədənlərin bəziləri artıq həbs olunub

Gəncənin Vətən müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən raketlə vurulmasından 3 il ötür. Bu cinayəti edənlərin və azərbaycanlılara qarşı digər cinayətləri törədənlərin artıq bir neçəsi həbs edilib.

YeniAN.az  xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

Baş prokuror bildirib ki, hazırda onlar barəsində istintaq hərəkətləri aparılır: "Bu, hadisələrin ildönümü ərəfəsində təsəlli verir. Həm birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi dövründə, daha sonra isə atəşkəs dövründə azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı cinayət işləri açılıb. Hərbi Prokurorluqda, Baş Prokurorluqda və Dövlət Təhlükəsizliyi Xidmətində bu cinayət işləri üzrə istintaq hərəkətləri aparılır”.

Oxunub: 93



XƏBƏR LENTİ