Valyuta məzənnəsi

AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə panel keçirilib - FOTO

Tarix:16-10-2023, 14:59

AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə panel keçirilib - FOTO AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə "500 illik uğurlu diplomatiya: keçmişdən bu günə" adlı panel və fotosərgi keçirilib.

YeniAN.az  xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə yanaşı, bir sıra diplomatik qonaqlar, elmi və ictimaiyyət nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən AMEA prezidenti akademik İsa Həbibbəyli 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xankəndi şəhərində Azərbaycan bayrağını ucaltmasını ölkəmizin suverenliyinin rəsmi şəkildə təsdiqi adlandırıb: "Mən elm ictimaiyyəti adından Cənab Prezidentə təşəkkürlərimi ifadə edirəm".

Akademik Türkiyə və Azərbaycan arasındakı dostluq-qardaşlıq bağlarına toxunaraq, Qarabaq məsələsində və İkinci Qarabağ Müharibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyini xüsusilə vurğulayıb.

İsa Həbibbəyli 500 illik tarixə malik olan Türkiyə xarici siyasətinin artıq Türkiyəni qlobal gücə çevirdiyini, Prezident Rəcəb Tayyib Ərdoğanın böyük siyasi lider olduğunu diqqətə çatdırıb:

"Ulu Öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının həm dövlət səviyyəsində, həm də xalq, millət səviyyəsində təsdiqinin şahidiyik. Biz, sözün əsl mənasında, bütün dünyada alternativ modeli olmayan qardaş dövlətlərik".

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışına 15 oktyabr tarixinin Azərbaycan və türk dünyası üçün əhəmiyyətindən bəhs edərək başlayıb: "Şanlı Azərbaycan bayrağı bir daha heç vaxt enməyəcək".

Səfir Türkiyənin xarici siyasət gücündən danışıb:

"Türkiyə olaraq, dünyanın beşinci diplomatik şəbəkəyə sahib ölkəyik. Türkiyə və onun yürütdüyü siyasət hər zaman, hər yerdə dinlənilən, böyük təsir və gücə malik olan dövlətik. Heç kimin masaya otuzdura bilmədiyi kəsləri Türkiyə danışıq masasına otuzdurur. Bu, Türkiyənin qlobal və regional məsələlərin ciddi və dəqiq analizinin nəticəsidir".

Çıxışlardan sonra mövzu ilə əlaqədar geniş panel müzakirə keçirilib.AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə panel keçirilib - FOTO AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə panel keçirilib - FOTO AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə panel keçirilib - FOTO AMEA-da Türkiyə Xarici İşlər Təşkilatının 500 illiyi münasibətilə panel keçirilib - FOTO

Oxunub: 90



XƏBƏR LENTİ