Valyuta məzənnəsi

İlham Əliyev “Füzuli Şəhəri Günü” və şəhərin azad edilməsinin üçüncü ildönümü münasibətilə füzulililəri təbrik edib

Tarix:17-10-2023, 13:17

Bu gün Füzuli Günüdür, şəhərin işğaldan azad olunmasından 3 il ötür |

Azərbaycan Prezidenti İlham Əliyev "Füzuli Şəhəri Günü” və şəhərin azad edilməsinin üçüncü ildönümü münasibətilə füzulililəri təbrik edib.

YeniAN.az  xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib:

"Necə də gözəl bir gündür. Siz mənə "Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə "Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram".İlham Əliyev

Oxunub: 75



XƏBƏR LENTİ