Valyuta məzənnəsi

Azərbaycan lideri: "Füzulinin timsalında bütün dünya görməlidir ki, erməni vəhşiliyi nədən ibarətdir"

Tarix:17-10-2023, 13:38

Azərbaycan Prezidenti: Dövlətin nə qədər gücü olsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir

Füzulinin timsalında, eyni zamanda, bütün dünya, hətta bunu görmək istəməyənlər görürlər və görməlidirlər ki, erməni vəhşiliyi nədən ibarətdir.

YeniAN.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyev oktyabrın 17-də "Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib: "Biz uzun illər Qarabağ dərdimizin həqiqətlərini dünya birliyinin diqqətinə çatdırmağa çalışanda bəziləri inanmırdı, elələri də var idi ki, inanmaq istəmirdi. Bizim əlimizdə o qədər də böyük sübutlar yox idi. Biz bilirdik ki, hər şey dağıdılıb, viran qoyulub, ancaq bu dərəcədə hətta biz təsəvvür edə bilmirdik. Çünki işğalçı dövlət heç kimi o vaxt bu bölgəyə buraxmırdı, qadağan etmişdi. Nə üçün? Çünki buraya gələn hər bir insan görəcəkdi, erməni vəhşiliyi nədən ibarətdir. Onun təzahürləri hər yerdə görünür”.

Oxunub: 72



XƏBƏR LENTİ