Valyuta məzənnəsi

“MuğanBank”dakı əmanətlər bu formada QAYTARILACAQ

Tarix:21-10-2023, 13:56

Muğan Bank”la bağlı daha bir QƏRAR | KONKRET

"Fəaliyyəti dayandırılan "MuğanBank”da qorunan əmanətlərin həcmi 216,7 milyon manat təşkil edir. Bu, o deməkdir ki, həmin vəsaitlər məbləği 100 min manatadək olan və dividend faizi manatla 12, xarici valyuta ilə 2.5 faizədən çox olmayan əmanətlərdir”​.

YeniAN.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, əmanətlərlə yanaşı, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə 20 min manatadək vəsaiti və notariusun depozit hesabına mədaxil edilmiş fiziki şəxslərə məxsus vəsaitləri tam məbləğdə qaytarılacaq:

"Kompensasiya almaq üçün əmanətçi Əmanətlərin Sığortalanması Fonduna yazılı ərizə ilə müraciət etməlidir. Əmanətçinin şəxsiyyət vəsiqəsi ilə yanaşı, əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə ərizə ilə birlikdə təqdim olunmalıdır.

Bütövlükdə, "MuğanBank”da sığortalanmış əmanəti olan hər bir şəxs öz vəsaitini tam olaraq geri ala biləcək. Buna görə də pulunuzu banklarda sığortalanmış əmanət kimi saxlamaq tövsiyə olunur".

Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni də təqdim etməlidir.

Əmanətlərin Sığortalanması Fondun vətəndaşın ərizəsini qəbul etdiyi gündən ən geci 90 gün ərzində vəsaitin ödənilməsini həyata keçirir. Müstəsna hallarda bu müddət daha 90 günədək uzadıla bilər. Əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir.

Oxunub: 244



XƏBƏR LENTİ