Valyuta məzənnəsi

Baş redaktor Kamran Əliyevə müraciət etdi

Tarix:11-08-2020, 15:41

Baş redaktor Kamran Əliyevə müraciət etdi


Hüquq müdafiəçisi, jurnalist, "Yeni Azərbaycan naminə" qəzetinin və “YeniAN.info" saytının baş redaktoru Ramazan Bağırov Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb. Baş redaktorun müraciətində Azərbaycan Mərkəzi Bankının, Əmanətlərin Sığortalanma Fondunun və bağlanmaqda olan “NBC Bank” ASC-nin və digər 3 bankın - “AG Bank”, “ATA Bank” və “Əmrah Bank”ın rəhbərlərinin əməllərini araşdıraraq və əmanətçiləri aldatdıqları üçün cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib.

Müraciətdə deyilir:
“Hörmətli Kamran müəllim!
Öncəliklə qeyd edim ki, “YeniAN.info” saytı olaraq möhtərəm Prezidentimiz İlham Əliyevin korrupsiyaya qarşı mübarizə siyasətində ortaya qoyduğu iradəni dəstəkləyərək, bu tendensiyanın davamlı olacağına, rüşvətxor məmurlara qarşı mübarizənin müsbət nəticə verəcəyinə inanıram.

Nəzərinizə çatdırım ki, mən 2020-ci ilin mart ayında “NBC Bank”a sığortalı şərtlər ilə adımda olan əmanəti dollara çevirərək həyat yoldaşımın adına əmanət yerləşdirmişdim. Bank 28 aprel 2020-ci il tarixdə müflis elan olunaraq, bağlandı. Əmanətimizin sığortalı əmanət olduğuna görə, kompensasiyanı almaq üçün Azərbaycan Beynəlxalq Bankının Qaradağ filialına üz tutduq. Lakin adıçəkilən bankda mənə bildirdilər ki, sizin yoldaşınızın adına olan əmanət blokdadır. Gedin məsələni Əmanətlərin Sığortalanması Fondundan (ƏSF) araşdırın.

Mən məsələ ilə əlaqədar ƏSF-na üz tutdum. Orada mənə bildirdilər ki, 2020-ci ildə qoyulan əmanətlərdə kompensasiya verilməsində problemlər yaranıb. ƏSF-da onu da bildirdilər ki, 27.01.2020-ci il tarixdə güya Milli Bank əmanətlərin qəbulunun dayandırılması ilə bağlı “NBC Bank”ın baş ofisinə məktub göndərib. “NBC Bank” bu tövsiyyə xarakterli məktuba məhəl verməyərək, əmanətləri qəbul edib və buna görə də biz bu əmanətləri kompensasiya etmirik.

Onu da qeyd edim ki, Mərkəzi Bank tərəfindən NBC bank ASC göndərilən məktub KİV-də işıqlandırılmayıb və əmanətçilərə bu məsələ ilə bağlı məlumat verilməyibdir. Mərkəzi Bank etdiyi hərəkətlərlə Əmanətlərin sığortalanması haqqında qanununun 26-cı və 30-cu maddələrinin tələblərinə əməl etməmişdilər. NBC Bank isə vətəndaşlardan əmanət qəbulunu dayandırmamışdır və əlavə əmanət qəbul etmişdir.

Əlavə olaraq bildirim ki, ƏSF bu addımı atmaqla əmanətlərin sığortalanması haqqında qanunları kobud surətdə pozur. Çünki Milli Bankın “NBC Bank”a göndərdiyi məktubun heç bir hüquqi əsası yoxdur və bu məktubla bağlı KİV-də heç bir məlumat verilməyib. Bankın lisenziyası alınana qədər əmanətçilərin bu qadağadan xəbəri belə olmayıb.

“NBC Bank” əmanətimizi qəbul edərkən, bizə sığortalı müqavilə və sığortalı əmanət kitabçası verib. Eyni zamanda, Bank ƏSF-na hər əmanətçiyə görə sığorta haqqı da ödəyib. Baş verən qanunsuzluğa görə Mərkəzi Bank, ƏSF və “NBC Bank” məsuliyyət daşıyır. Bu üç qurumun əməllərində mən hesab edirəm ki, cinayət tərkibi var. Cinayət Məcəlləsininn 178-ci maddəsinə əsasən dələduzluq faktları var. Bu üç qurumun rəhbər şəxsləri vəzifə səlahiyyətlərini aşaraq qanunsuzluqlara yol veriblər. Və eyni zamanda əmanətlərin sığortalanması haqqında qanunları kobud surətdə pozublar.

Xahiş edirəm ki, əmanətlərin qaytarılması üçün müvafiq addımlar atasınız və eyni zamanda qeyd olunan qurum əməkdaşlarının əməllərini araşdıraraq, hüquqi qiymət verərək, cinayət məsuliyyətinə cəlb edəsiniz”.

Pamazan Bağırov
Baş redaktor


Baş redaktor Kamran Əliyevə müraciət etdi
Baş redaktor Kamran Əliyevə müraciət etdi

YeniAN.info

Oxunub: 430



XƏBƏR LENTİ