Valyuta məzənnəsi

Ərdoğanla Putin İsrail-Fələstin münaqişəsini müzakirə edib

Tarix:24-10-2023, 18:12

Ərdoğan və Putin arasında telefon danışığı olub

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin telefonla danışıb.


YeniAN.az  xəbər verir ki, iki ölkə lideri İsrail-Fələstin münaqişəsini müzakirə edib.


Türkiyə və Rusiya prezidentləri İsrail-Fələstin münaqişəsində artan gərginliyi və bölgədə yaşanan humanitar böhranı müzakirə ediblər.


Türkiyə prezidenti Qərbin səssizliyinin Qəzzadakı humanitar böhranı qarşısıalınmaz səviyyəyə keçirdiyini bildirib. Ərdoğan həmçinin, Türkiyənin regionda sülhün təmin olunması üçün lazımi hər cür səyləri göstərməyə davam edəcəyini bildirib.


 

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.


İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oxunub: 50



XƏBƏR LENTİ