Valyuta məzənnəsi

Azərbaycan Prezidenti: Xristian inanclı vətəndaşlarımız dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər

Tarix:20-12-2023, 12:40

Azərbaycan Prezidenti: Xristian inanclı vətəndaşlarımız dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər

"Fəxrlə qeyd edirəm ki, bu gün Azərbaycan etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan, dünyada multikulturalizmin ünvanlarından biridir".

YeniAN.az  xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Roma Papası Fransiskə Milad bayramı münasibətilə ünvanladığı təbrik məktubunda qeyd edilib.

Bildirilib ki, ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür.

"Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin, dinlərarası harmoniyanın, dini-mənəvi irsin və multikultural dəyərlərin qorunub-saxlanılması dövlət siyasətimizin başlıca istiqamətlərindəndir. Azərbaycanda xristian inanclı vətəndaşlarımız digər etiqadların mənsubları ilə birgə ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində yaxından iştirak edir, dövlətimizin hərtərəfli inkişafına layiqli töhfələr verirlər. Əminəm ki, xristian icması doğma Vətənləri olan Azərbaycanın tərəqqisi və rifahı naminə qüvvə və bacarığını bundan sonra da əsirgəməyəcəkdir", - məktubda vurğulanır.

Oxunub: 44



XƏBƏR LENTİ